CƏMİYYƏT
Azərbaycan tələbə və gənclərin XIX Ümumdünya festivalına dəvət olunub
Bakı, 2 noyabr, Pərvanə Rəhimova, AZƏRTAC
Azərbaycan gəncləri Soçidə tələbə və gənclərin XIX Ümumdünya festivalına dəvət olunub.
AZƏRTAC xəbər verir ki, bu dəvət Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində keçirilən “Humanitar sahədə ikitərəfli əməkdaşlığın möhkəmlənməsi” mövzusunda “dəyirmi masa”da səslənib.
Rusiyanın Gənclərin İşləri üzrə Federal Agentliyinin “Beynəlxalq Gənclər Mərkəzi” beynəlxalq proqramlar şöbəsinin rəisi Yelena Mondrus deyib ki, Azərbaycan gənclərinin 2017-ci il oktyabrın 14-22-də Soçidə keçiriləcək tələbə və gənclərin XIX Ümumdünya festivalında iştirakı onları çox sevindirər. Onun sözlərinə görə, festivalda dünyanın hər yerindən 20 mindən çox nümayəndənin iştirakı gözlənilir. Azərbaycandan 100-dən çox adam dəvət ediləcək.