İDMAN


Azərbaycan təmsilçiləri Məktəblilərin Dünya İdman Oyunlarında uğurla çıxış edirlər

Bakı, 15 sentyabr, AZƏRTAC

Serbiyanın paytaxtı Belqradda Məktəblilərin Dünya İdman Oyunları davam edir.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan yarışda müxtəlif idman növlərində təmsil olunur.

Karate komandamız artıq 6 medal qazanıb. 14-15 yaşlı yeniyetmələrin yarışında Rəşid Süleymanov (63 kq) qızıl, Ramilə Heydərli (kata, 13 yaş), Orxan Musayev (+70 kq), Pərvin Hüseynzadə (47 kq) gümüş, Cavidan Cəlilzadə (57 kq) və Sunay Kazımova (54 kq) isə bürünc medala sahib olublar. Bundan başqa, Məryəm Qurbanova (+54 kq) yüksək döyüş texnikası və əzmkarlıq nümayiş etdirdiyinə görə xüsusi medalla təltif edilib.

Taekvondoçumuz Zemfira Həsənzadə (41 kq) isə bütün rəqiblərinə qalib gələrək yarışın çempionu olub. Digər taekvondoçularımız Vüqar Aslanov (37 kq) gümüş, Harun Salmanzadə (41 kq) isə bürünc medala layiq görülüblər.

Serbiya paytaxtında cüdoçularımız da 3 medal qazanıblar. Həsən Qurbanlı (34 kq), Əhməd Rüstəmov (46 kq) və Hüseyn Eyvazlı (66 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.