MƏDƏNİYYƏT
Azərbaycan və Əlcəzair Milli Arxiv idarələri arasında əməkdaşlıq əlaqələri müzakirə edilib
Bakı, 11 may, AZƏRTAC
Mayın 11-də Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki səfiri Abdelouahab Osman Milli Arxiv İdarəsində bu qurumun rəhbəri Əsgər Rəsulovla görüşüb.
İdarədən AZƏRTAC-a bildirilib ki, səfirliyin təşəbbüsü ilə keçirilən görüş zamanı Azərbaycan və Əlcəzair Milli Arxiv idarələrinin əməkdaşlıq perspektivləri, birgə layihələrin reallaşdırılması, təcrübə mübadiləsi məsələləri müzakirə olunub. Azərbaycan arxivləri ilə əlaqələrin qurulması, təcrübə mübadiləsi məsələlərinin həllinin hər iki ölkənin arxiv təşkilatlarının gələcək fəaliyyətinə müsbət təsir edəcəyini bildirən səfir əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. Milli Arxiv İdarəsinin rəisi əməkdaşlıq təşəbbüsünün, həmçinin hökumətlərarası arxiv işi sahəsində sazişin imzalanmasının qarşılıqlı əlaqələrin möhkəmlənməsinə və daha da genişlənməsinə xidmət edəcəyini vurğulayıb.
Qonağa Azərbaycan Respublikasının dövlət arxivləri və orada mühafizə edilən sənədlər barədə qısa məlumat verilib.