SİYASƏT


Azərbaycan və İran KİV-ləri arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışılıb VİDEO

Bakı, 27 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də İran İslam Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunan səfiri Seyid Abbas Müsəvi ilə AZƏRTAC-da keçirilən görüşdə iki ölkənin media qurumları arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətindən danışılıb.

Diqqətə çatdırılıb ki, hər iki ölkənin prezidentlərinin səyləri sayəsində qarşılıqlı əlaqələrimiz inkişaf edir. Həmçinin Azərbaycanın və İranın media qurumları da sıx əməkdaşlıq edirlər.

Bildirilib ki, AZƏRTAC İranın İRNA və Mehr agentlikləri, eləcə də digər mətbu orqanları ilə qarşılıqlı informasiya mübadiləsi aparır. Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) sədrliyi dövründə AZƏRTAC-ın dəstəyi ilə bu qurumun İcraiyyə Komitəsinin 43-cü iclası Tehranda keçirilib.

Görüşdə iki ölkənin KİV-ləri arasında əlaqələri genişləndirmək məqsədilə jurnalistlərin qarşılıqlı səfərlərinin təşkili, birgə tədbir və treninqlərin keçirilməsinin zəruriliyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.