ELM VƏ TƏHSİL


Azərbaycan və Türkiyə tarixçilərinin beynəlxalq simpoziumu

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırma Mərkəzi Azərbaycanın Ermənistan üzərində zəfəri və dövlət müstəqilliyininin bərpası ilə əlaqədar olaraq Ağdam İcra Hakimiyyəti ilə birlikdə sentyabrın 15-18-də “Müstəqilliyinin 30 ilində Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər” mövzusunda beynəlxalq simpozium keçirir.

Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, simpoziumda Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırmaları Mərkəzinin rəhbərləri ilə birgə, Türkiyə və Azərbaycandan 30-dan çox tarixçi-alim iştirak edəcək. Simpozium iştirakçıları 2012-ci il sentyabrın 15-də Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını, sonra isə Şəhidlər xiyabanında Bakının azad edilməsinin ildönümü münasibətilə türk şəhidləri və 20 Yanvar şəhidləri abidələrini ziyarət edəcək və simpoziumun keçiriləcəyi, işğaldan azad edilmiş Ağdam rayonuna yola düşəcək.

Sentyabrın 16-da Ağdamda davam edəcək simpoziumda “Azərbaycan Respublikasının müstəqillik dövr tarixi”, “Qarabağ Zəfərinə doğru gedən prosesdə Türkiyə-Azərbaycan strateji əlaqələri”, “Batum müqaviləsindən (4 iyun 1918) Şuşa Bəyannaməsinə (15 iyun 2021) Türkiyə-Azərbaycan əlaqələri” və digər mövzular üzrə məruzələr dinləniləcək.

Simpozium iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfərləri də nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.