Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycan və Ukrayna arasında tarixi münasibətlərə dair onlayn elmi konfrans keçirilib

Kiyev, 8 fevral, AZƏRTAC

Fevralın 8-də Azərbaycan və Ukrayna arasında tarixi münasibətlərə dair onlayn elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, ADA Universitetinin, iki ölkənin səfirliklərinin birgə təşkilatçılığı ilə “Azərbaycan-Ukrayna arasında diplomatik əməkdaşlıq: keçmiş və müasirlik prizması ilə” mövzusunda keçirilən onlayn elmi konfransa diplomatlar, alimlər, tarixçilər, gənclər və tələbələr qoşulublar.

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova çıxış edərək iki ölkə arasında yüksək səviyyəli diplomatik münasibətlərin tarixinə nəzər salıb. Səfir qeyd edib ki, Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlərin başlanğıcı 1919-cu ilin fevralına təsadüf edir. Azərbaycanın Ukraynadakı ilk səfiri görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminli olub. Onun Ukraynadakı azərbaycanlı tələbələrin həyatından bəhs edən “Tələbələr” romanı bu il Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən yerli dilə tərcümə edilərək nəşr olunacaq.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deyən səfir xatırladıb ki, Ukrayna Prezidenti Leonid Kuçma 1995-ci ilin iyulunda Azərbaycana rəsmi səfər edib və iki ölkə arasında əməkdaşlığa dair 11 sənəd imzalanıb. Bundan iki il sonra, 1997-ci ilin martında Ulu Öndər Ukraynaya rəsmi səfər edib. Bu iki liderin bir-birinə yaxın dostluğu Azərbaycan və Ukrayna arasında strateji əməkdaşlığın təməlini qoyub.

Bu strateji əməkdaşlıq Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tərəfindən uğurla davam etdirilir.

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski isə çıxışında qeyd edib ki, iki ölkə arasında çox sıx tarixi və siyasi əlaqələr mövcuddur. Yüz il keçməsinə baxmayaraq Ukrayna və Azərbaycan yenə birgə uğurlu tarix yazmaqda davam edir. Bu gün də iki ölkə arasında dost, qarşılıqlı dəstək, anlaşma münasibətləri mövcuddur. Bunun nəticəsidir ki, Ukraynanın rəsmi dövlət sənədində Azərbaycan strateji tərəfdaş ölkə kimi qeyd olunub. Azərbaycan Cənubi Qafqaz bölgəsində Ukraynanın ən vacib tərəfdaş ölkəsidir. Məhz buna görə Ukrayna Prezidenti Vladimir Zelenskinin bu regiona etdiyi yeganə rəsmi səfər hələ Azərbaycandır.

Səfir Ukrayna və Azərbaycan arasında dost, qardaş münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Azərbaycan və Ukrayna arasında tarixi əlaqələrdən danışan ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, belə konfransların təşkili iki ölkə arasında əməkdaşlığın daha da inkişafına öz töhfəsini verəcək.

“Biz Ukraynanın Azərbaycana verdiyi dəyəri yüksək qiymətləndiririk. Azərbaycan Ukraynanı tərəfdaş ölkə kimi görür. Bundan sonra da iki ölkə arasında birgə enerji, iqtisadi, sosial və siyasi layihələr həyata keçiriləcək”, - deyə Fariz İsmayılzadə əlavə edib.

Daha sonra konfransda tarixçi-alimlər Oleq Kupçik, İlqar Niftəliyev, İradə Bağırova, Aleksandr Dudnik, Vladimir Omelçuk və digərləri Azərbaycan-Ukrayna tarixinə dair geniş məruzə ilə çıxış ediblər.

Onlayn konfransın 60-dan çox iştirakçısı olub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqı ölkələrindən Azərbaycana minik avtomobillərinin tədarükü artıb

Azərbaycanla Mərakeş arasında nəqliyyat sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan yeni mərhələdə qarşısına qoyduğu prioritet məqsədlərə doğru inamla irəliləyir ŞƏRH

Corc Mayklın təsviri olan şəxsi kolleksiya sikkəsi buraxılıb

İsrailli ravvin ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasını Azərbaycanla bağlı qərəzli mövqeyinə görə qınayıb

Azərbaycan iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verir - RƏY

Qusarda gənc qiraətçilərin beynəlxalq müsabiqəsinin dördüncü regional mərhələsi baş tutub

Türkiyə Kuboku: “Beşiktaş” “Konyaspor”a qalib gələrək yarımfinala vəsiqə qazanıb

XII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına

Türkiyə Kuboku: “Trabzonspor” yarımfinala vəsiqə qazanıb

Heydər Əliyev adına Hərbi Liseyin müstəqil fəaliyyətə başlamasının ildönümü qeyd edilib

Azərbaycan Kuboku: "NTD-Indiqo" və "Sərhədçi" komandaları qalib olub

Roma Papası Fransisk xəstəxanaya yerləşdirilib

Bərdədə baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub YENİLƏNİB

Müdafiə Nazirliyi: Ermənistanın dezinformasiya maşını fəaliyyətini davam etdirir

Naxçıvanda şagirdlər arasında “Robotunu yarat” müsabiqəsi keçirilib

“Qarabağ mədəniyyəti” adlı ədəbi-bədii tədbir təşkil olunub YENİLƏNİB

Premyer Liqa: “Qarabağ” səfərdə “Qəbələ”ni darmadağın edib

Tacikistan nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Azərbaycanın güllə atıcıları Avropa çempionatında növbəti medalı qazanıblar

Böyük Britaniyanın Azərbaycandakı səfiri Qazaxda səfərdə olub

Azərbaycan-Türkiyə elmi əlaqələrinin yeni səhifəsi

XII Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib

Məhəmməd Əmin Rəsulzadənin məzarı abadlaşdırılır

Xaçmazda daşıyıcı qaz xəttində sızma aradan qaldırılıb

"Qarabağ"ın əsas hücumçusu zədələnib

Mişel Lolo: Numeada dinc aksiyada saxlanılan fəallarımızın azad olunmalarını tələb edirik

Yüksək Liqa: "Gəncə"dən sürpriz qələbə

İmişlidə özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

AMEA-nın prezidenti: Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlaması böyük hədəflərə hesablanmış layihədir

Daha iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

Hesablama Palatası Gəncə Şəhər Birləşmiş Xəstəxanasında nöqsanlar aşkarlayıb

Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmə keçirilib YENİLƏNİB

Moskva Ermənistanı KTMT-nin tamhüquqlu üzvü hesab edir

Azərbaycan nəqliyyat ekosisteminin formalaşdırılması prosesinə Çin şirkətinin cəlb edilməsində maraqlıdır

® ABB daha bir vacib maliyyə xidmətini də rəqəmsallaşdırıb!

Beynəlxalq konfransda ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə məlumat verilib

AMADA rəsmiləri WADA-nın konfransında iştirak edirlər

Azərbaycanın və Almaniya xarici işlər nazirləri regionda normallaşma və sülh prosesini müzakirə ediblər

Azərbaycan Paralimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb

Dimitri Genegi: 36 il əvvəl imzalanan dekolonizasiya sazişi hələ də həyata keçirilməyib

Hesablama Palatası: Dövlət Agentliyinin satınalma müqaviləsi üzrə ödəmələrində Vergi Məcəlləsinin tələbləri gözlənilməyib

Azərbaycan həndbol millisi seçmə mərhələdə ilk qələbəsini qazanıb

Xorvatiyada Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib

Rəqəmsal inkişaf və nəqliyyat naziri alman şirkətlərinin nümayəndələri ilə görüşüb

Azərbaycan və Səudiyyə Ərəbistanı turizm sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun iclası keçirilib

Mariya Zaxarova: Kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun işi İrəvanın mövqeyinə görə ləngiyib

® Ünsiyyət hər kəs üçün: indi jest dilini öyrənmək daha rahat olub

Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edilib VİDEO

AFFA İcraiyyə Komitəsinin təxirə salınmış iclasının vaxtı açıqlanıb

Türk investorlar Naxçıvanda baramaçılıq və ipəkçilik sahələrinə maraq göstərirlər

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesdən

“Ağbaba - Şörəyel İkinci Dünya savaşında həlak olanlar və itkin düşənlər” kitabının təqdimatı olub

Azərbaycan Gürcüstana benzin və dizel yanacağı ixrac edən ölkələr sırasında dördüncüdür

BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Sindi Makkeyndən

Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib

AFFA hakimlər üçün seminar təşkil edib

“Azercell” azərbaycanca rəqəmsal məzmunu zənginləşdirməyə davam edir

Avstraliyada meşə yanğınları səbəbindən 30 min nəfər təxliyə ediləcək

"Araz Vadisi İqtisadi Zonası"nda quru inşaat qarışıqlarının istehsalı müəssisəsi yaradılacaq

RF XİN: Moskva İrəvan aeroportundan sərhədçiləri çıxarmaq təklifini dost addımı hesab etmir

Yüksək Liqa: “Abşeron” lideri məğlub edib

Qaradağda yerləşən bir sıra obyektlərdə içməli sudan qanunsuz istifadənin qarşısı alınıb

Elmi şuranın növbəti iclası keçirilib - rektor prioritet istiqamətləri açıqlayıb

BMCMİ əməkdaşlarının saxladığı 12 nəfərdən 46 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Gəncədə keçirilən əmək yarmarkasında 100-ə yaxın vakansiya təqdim olunub

UNEC ilə Kutaisi Beynəlxalq Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Bakıda NATO-nun Birgə Qüvvələr Komandanlığı “Hərbi tibb kursu” keçirir

Laçında daha 24 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB FOTO VİDEO

İnternet bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin hәcmi artıb

Milli Ödəniş Sistemi vasitəsilə aparılmış əməliyyatların həcmi açıqlanıb

Siyəzəndə avtomobil yolu yenidən qurulub

Çin ABŞ-ı Tayvana silah satışını dayandırmağa çağırır

Müxtəlif məktəblərin müəllimləri bir məktəbdə nümunəvi dərslər keçiblər

Berlində Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirilib

Koronavirus hər hansı infeksion xəstəliyin törədicisindən daha yoluxucudur

Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir

“SİMA İmza” ilə mağazaya getmədən kreditlə məhsul almaq mümkün olub

“Sabah”ın futbolçusu karyerasını İsraildə davam etdirə bilər

Səudiyyə Ərəbistanı Ukrayna müharibəsində vasitəçilik missiyasını davam etdirəcək

Ötən il Azərbaycanda “ApplePay” və “GooglePay” vasitəsilə 2,7 milyard manatlıq ödəniş edilib

Ukrayna öz ərazisində əcnəbi hərbçilər yerləşdirilməsi barədə müraciət etməyib

Britaniya hökuməti deputatların təhlükəsizliyinə 31 milyon funt sterlinq ayırır

Ötən il ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşüb

Baş prokuror Qaradağ rayonunda vətəndaşlarla görüşüb

“Klivlend Kavalyers”in basketbolçusu NBA tarixinə düşüb

Vitse-spiker Adil Əliyev gələcəyin müəllimləri ilə görüşüb

Ötən il Xəzər dənizinin çirklənməsinə səbəb olan min tondan çox kağız və plastmas təkrar emala göndərilib

Mədəniyyət naziri Adil Kərimli Zaqatalada vətəndaşları qəbul edəcək

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi Peru Konqresində anılıb

Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib

Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO

Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun xatirəsi anılıb

“TEKNOFEST-2024” festivalı ilə bağlı tələbələrə məlumat verilib

“Alibaba” şirkəti ilə yerli məhsulların beynəlxalq elektron ticarət platformasına çıxarılması müzakirə olunub

Avropada sığınacaq almaq üçün 1,14 milyon insan müraciət edib

“Görkəmli dövlət xadimi Heydər Əliyev” adlı biblioqrafik göstərici nəşr olunub

Ağdam Dövlət Dram Teatrında “Qisas” tamaşasının premyerası olub

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub