İDMAN
Azərbaycan velosipedçisi Türkiyədə üçüncü olub
Bakı, 15 sentyabr, AZƏRTAC
Azərbaycanın şose velosipedi üzrə elit yığma komandasının üzvü, gələn il Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək Elçin Əsədov Türkiyədə keçirilən 1.2 kateqoriyalı “Grand Prix Velo Erciyes” yarışında uğurla çıxış edib.
AZƏRTAC xəbər verir ki, “Bahrain Cycling Academy” kontinental komandasının heyətində mübarizə aparan E.Əsədov birgünlük yarışda üçüncü nəticə göstərib. Velosipedçimiz 176 kilometr məsafəni 4 saat, 11 dəqiqə, 26 saniyəyə başa vurmaqla reytinqinə 25 xal da əlavə edib.
Baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında bu yarışda iştirak edən Azərbaycan yığma komandasının digər üzvlərindən ən yaxşı nəticəyə Samir Cəbrayılov imza atıb – o, 78 velosipedçi arasında 18-ci olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]
Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb
- 26.04.2024 [14:26]