Azərbaycan xizəkçisi açıq Böyük Britaniya çempionatında birinci olub
AzerTAg.az
Bakı, 29 mart, AZƏRTAC
Martın 29-da Azərbaycanı dağ xizəyi üzrə yarışlarda təmsil edən İlya Kostov açıq Böyük Britaniya çempionatında uğurla mübarizə aparıb.
AZƏRTAC xəbər verir ki, Fransanın Tiqnes Xizək Kurortunda baş tutan yarışda atletimiz 18 yaş kateqoriyasında olan idmançılar arasında dağ xizəyi idmanının dağdan eniş növündə birinci yerə sahib olub. Mübarizədə ikinci yerə fransalı atlet Dylan Hacquard, üçüncü yerə isə macarıstanlı Attila Banyal sahib olublar.
Ümumi yarışın nəticələrinə görə isə təmsilçimiz İlya Kostov üçüncü yerdə qərarlaşıb. Çempionata Fransa, Macarıstan, İtaliya, ABŞ, Avstraliya və Kanadadan 30 idmançı qatılaraq birincilik uğrunda mübarizə aparıblar.
Qeyd edək ki, 17 yaşlı idmançı Azərbaycanı dağ xizəyi üzrə yarışlarda 2021-ci ildən təmsil edir.


Xəbərin mətnində orfoqrafik səhv var