MƏDƏNİYYƏT


Azərbaycan yazıçılarının adı Ədəbiyyat üzrə Beynəlxalq London Mükafatının siyahısına düşüb

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycan yazıçıları Kamran Nəzirli və Səriyyə Məmmədovanın adları Ədəbiyyat üzrə Beynəlxalq London Mükafatına namizədlərin uzun siyahısına düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə xəbəri Beynəlxalq Yazıçılar Təşkilatının Moskvadakı nümayəndəliyinin mətbuat xidməti yayıb.

Xəbərdə qeyd edilir ki, 260 nəfərdən ibarət siyahıda yer alan Azərbaycan yazıçılarının seçilmiş əsərləri müsabiqə komissiyasının qərarı ilə siyahıya daxil edilib. Qərar dünyanın müxtəlif ölkələrindən olan müəlliflərin hər birinə “London Mükafatı yazıçını təqdim edir” seriyası altında kitablarını nəşr etmək imkanı qazandırıb. Bütün kitablar nəşr olunandan sonra Beynəlxalq Yazıçılar Təşkilatının saytında onların anonsu veriləcək.

Kamran Nəzirli bildirib ki, mükafata namizədlər bir neçə nominasiya üzrə təqdim edilir: poeziya, qısa hekayələr, irihəcmli nəsr əsərləri, dramaturgiya, esseistika, tənqid, fantastika, ingiliscədən ruscaya, ruscadan ingiliscəyə tərcümə əsərləri və jurnalistika. Yazıçımız qısa hekayələr nominasiyası üzrə təqdim edilib.

Xəbərdə daha sonra bildirilir ki, Beynəlxalq Yazıçılar Təşkilatının kollektivi mükafat siyahısına düşən müəllifləri təbrik edir, onlara növbəti mərhələdə daha böyük uğurlar arzulayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.