Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycanda Bitki Mühafizəsi Strategiyasının davamlı inkişafı üzrə uğurlu fəaliyyət

Bakı, 6 iyul, AZƏRTAC

Azərbaycanın yabanı flora müxtəlifliyi çox zəngindir, beş minə qədər ali bitki növü qeydə alınıb və hazırda onların təsviri davam edir. Ümumilikdə Qafqazda yayılan bitki növlərinin təqribən 64 faizinə burada rast gəlinir, bu da flora müxtəlifliyi və yüksək endemizmi (200 Azərbaycan endemi və 950 Qafqaz endemi) ilə Azərbaycan florasını Qafqaz biomüxtəlifliyinin qaynar nöqtəsinin bir hissəsinə aid edir. Bundan əlavə, ölkə florası üçüncü dövrə aid relikt bitki növləri ilə olduqca zəngindir. Son illər yerli floranın say və tərkibi biotik və abiotik amillərin təsiri altında kəskin dəyişir. Nadir və ya nəsli kəsilməkdə olan bitki növləri, xüsusilə təbii fəlakətlər, iqlim dəyişikliyi, eroziya, antropogen və s. ekoloji amillərin təsirinə məruz qalır. Bu isə öz növbəsində “in situ” və “ex situ” üzrə əlavə mühafizə tədbirlərinə ehtiyacı artırır. Bu baxımdan müasir dövrdə bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi istər qlobal, istərsə də regional səviyyədə prioritet və aktual məsələlərdən biri hesab edilir. Bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi üzrə BMT-nin Biomüxtəliflik Konvensiyasının Bitki Mühafizəsi üzrə Qlobal Strategiyasının (BMQS) 8-ci hədəfi “təhlükə altında olan bitki növlərinin azı 75 faizinin, əsasən, vətənində “ex situ” mühafizəsini, bərpa və yenilənmə (regenerasiya) tədbirləri üçün azı 20 faizinin mövcud olması”nı 2020-ci ilə qədər qarşıya məqsəd qoyur. Bundan başqa, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadənin və elmi müəssisənin Toxum Bankı sektorunun müdiri Aidə İbrahimovanın həmmüəllifi olduqları “Azərbaycanda Bitki Mühafizəsi Strategiyasının davamlı inkişafı üzrə uğurlu fəaliyyət” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə bildirilib ki, biomüxtəliflik və onun mənşəyinin öyrənilməsi təbiət və təbii resursların qorunmasına yönələn Botanika İnstitutun əsas istiqamətlərindən biridir. Beləliklə, bioloji müxtəlifliyin qorunması sahəsində 2000-ci illərdən başlayaraq institutun fəaliyyəti yerli və Qafqaz florasının müxtəlifliyin öyrənilməsi, endem və nadir bitki növlərinin təhlili, onların statusunun müasir kateqoriya və meyarlara uyğun qiymətləndirilməsi, populyasiyaların sayı və vəziyyətinin öyrənilməsi və onların mühafizəsinə istiqamətləndirilib. Botanika İnstitutu tərəfindən dünyanın aparıcı beynəlxalq elmi təşkilatlarla imzalanmış memorandumlar və müqavilələr çərçivəsində həyata keçirilən tədqiqatlar bu baxımdan çox əhəmiyyətlidir. Qeyd etmək lazımdır ki, bu çərçivədə icra edilən layihələrin, xüsusilə uzunmüddətli beynəlxalq layihələrin nəticələri Botanika İnstitutunun alimlərinə yeni imkanlar açaraq, elmi müəssisənin dünya botanika cəmiyyətinə inteqrasiyasına şərait yaradıb.

2012-ci ildə dünyanın ən iri toxum banklarından biri hesab edilən Böyük Britaniyanın Kyu Kral Botanika Bağının Minilliyin Toxum Bankı Tərəfdaşlığı ilə AMEA Botanika İnstitutu arasında Azərbaycan florasının prioritet bitki növlərinin, xüsusilə nadir, nəsli kəsilməkdə olan və iqtisadi əhəmiyyətli növlərin mühafizəsi üzrə əməkdaşlıq memorandumu imzalanıb. Memorandum çərçivəsində Azərbaycanda Mühafizəsi üzrə Qlobal Strategiyanın 8-ci hədəfinin reallaşdırılması istiqamətində mühüm rol oynayan bir sıra beynəlxalq layihələr həyata keçirilib. Belə ki, Qafqaz florasının qorunması istiqaməti üzrə 2013-2015-ci illərdə “Azərbaycanda yabanı bitki növləri toxumlarının toplanması”, 2016-2018-ci illərdə həmin layihənin ikinci mərhələsi yerinə yetirilib. Azərbaycanın nadir, iqtisadi əhəmiyyətli və relikt ağac növlərinin mühafizəsi üzrə isə 2016-2018-ci illərdə “RE Qarfild qlobal ağac toxum bankı” layihəsi üzrə Minilliyin Toxum Bankı, akademiyanın Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağı əməkdaşlıq edib. Həyata keçirilən birgə layihələrin əsas məqsədləri bitki növlərinin toxumlarının toplanması və təbii populyasiyaların qorunması yolu ilə prioritet bitki növlərinin regional genetik müxtəlifliyin saxlanılması ilə biomüxtəlifliyin "ex situ" mühafizə edilməsi olub. Ümumilikdə həyata keçirilən layihələr üzrə Toxum Bankında 291 toxum kolleksiyalarında 56 fəsilə və 142 cinsə aid 246 yabanı bitki növünün toxumları mühafizə olunur. Onlardan 10 növü Azərbaycan, 29 növü Qafqaz endemidir. Toxum kolleksiyalarında, eyni zamanda, Azərbaycanın “Qırmızı kitabı”na daxil edilən 28 nadir və 6 relikt bitki növünün toxumları da mövcuddur.

Qeyd edilib ki, Minilliyin Toxum Bankı Tərəfdaşlığının dəstəyi nəticəsində 2017-ci ildə Botanika İnstitutunun Toxum Bankı yaradılıb. Toxum Bankı yabanı bitki növlərinin toxum kolleksiyalarının qısa və uzun müddətli saxlanması üçün nəzərdə tutulub. Onun yaradılması bir çox hallarda nəsli kəsilmək təhlükəsi altında olan populyasiyaların saxlanılması üçün vacibdir. Məlumdur ki, Toxum Bankı uzun illər səmərəli qənaət edə bilər və toxumlar sonra fövqəladə vəziyyətdə yenidən istifadə olunur. Bu, həm də Azərbaycanda bitki biomüxtəlifliyinin qorunması və davamlı inkişafı ilə bağlı gələcək araşdırmalara töhfə verəcək.

Hazırda birgə layihələrin Botanika İnstitutu tərəfindən uğurla reallaşdırıldığını nəzərə alaraq Minilliyin Toxum Bankı Tərəfdaşlığı ilə Əməkdaşlıq Memorandumu 2020-ci ildə yenidən 3 il müddətinə, 2023-cü ilə qədər uzadılıb. İkitərəfli beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinin əsas məqsədi biomüxtəlifliyin mühafizə edilməsi məqsədilə yeni layihələrin həyata keçirilməsi, kadr və təcrübə mübadiləsinin, dünya elminin prioritet istiqamətləri üzrə birgə tədqiqatların aparılmasıdır. Bundan başqa, hər iki təşkilat arasında əməkdaşlıq memorandumu çərçivəsində “Təhlükə altında olan biomüxtəlifliyin qaynar nöqtələri” adlı yeni layihənin həyata keçirilməsi məqsədilə müqavilə imzalanıb. Layihə çərçivəsində Azərbaycan florasının təhlükə altında olan və qorunmağa ehtiyacı olan bitki növlərinin “ex situ” mühafizəsi həyata keçiriləcək. Bundan əlavə, fərdlərinin sayı azalan bitki növlərinin təbii yaşama mühitində yenidən bərpa edilməsi məqsədilə reintroduksiya istiqamətində tədqiqatlar uğurla yerinə yetirilir. Belə ki, bir sıra nadir bitkilərin toxumları və soğanaqları AMEA Mərkəzi Nəbatat Bağının canlı kolleksiyalarına daxil edilib. Yüksək keyfiyyətli toplanılmış və sənədləşdirilmiş toxum kolleksiyaları genetik müxtəlifliyin mühafizəsi, fitomüxtəlifliyin bərpası və davamlı istifadəsi baxımından gələcək konservasiya işləri üçün olduqca vacib və səmərəli vasitədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib