İQTİSADİYYAT
Azərbaycanda dövlət qeydiyyatından keçməyən radioelektron vasitələrin növbəti statistikası açıqlanıb
Bakı, 8 noyabr, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tərəfindən cari ilin 10 ayında təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirilərək 711 akt tərtib olunub.
İdarədən AZƏRTAC-a verilən məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 292 qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 131-i möhürlənib, 107-si qeydiyyata alınıb. Hazırda 54 REV-in qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər olunub.