İDMAN
Azərbaycanda keçirilən Olimpiya Günü haqqında Beynəlxalq Olimpiya Komitəsi məlumat yayıb
Bakı, 28 iyun, AZƏRTAC
İyunun 23-də Bakıda Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə müasir Olimpiya hərəkatının yaranması, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təsis olunması və Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə keçirilən Beynəlxalq “Olimpiya Günü” tədbiri haqqında Beynəlxalq Olimpiya Komitəsi məqalə paylaşıb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Olimpiya çempionu Fərid Mansurovun çıxışlarından sitatların yer aldığı yazıda Gimnastika, Karate, Velosiped və Çirlidinq federasiyalarının gənc idmançılarının nümunəvi çıxışları haqqında geniş məlumat verilib.
Beynəlxalq Olimpiya Komitəsi tədbirin bədii hissəsi, o cümlədən OCEP məktəbliləri haqda məlumat paylaşılıb.
Olimpiya bayramında keçirilən qaçış yarışı və qaliblərin adıçəkilən məqalədə Azərbaycan Milli Olimpiya Komitəsinin Olimpiya hərəkatı və sağlam həyat tərzinin geniş əhali arasında təşviq olunması istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib.
Xəbər MOK-un mətbuat xidmətinə istinadən verilib.