MƏDƏNİYYƏT
Azərbaycanda kinematoqrafiyanın inkişafına böyük dövlət qayğısı göstərilir
Bakı, 7 mart, AZƏRTAC
Azərbaycanda kinematoqrafiyanın inkişafına böyük dövlət qayğısı göstərilir. Cari il martın 1-də Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncam bunun daha bir təzahürü olub. Azərbaycanın kino xadimləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdardırlar.
AZƏRTAC xəbər verir ki, bu fikri Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Kinematoqrafiyaçılar İttifaqının üzvləri ilə keçirilən görüşdə İttifaqın sədri, Xalq artisti, professor Şəfiqə Məmmədova vurğulayıb.
Görüşdə milli kinematoqrafiyamızın hazırkı vəziyyəti, qarşıda duran planlar, kino sənətində ilk addımlarını atan rejissor və aktyorların dəstəklənməsi və digər məsələlər müzakirə edilib. Həmçinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Prezident Sərəncamının həyata keçirilməsi üzrə təkliflər səslənib, bu mövzuda diskussiya aparılıb.