CƏMİYYƏT


Azərbaycanda koronavirusa 722 yeni yoluxma faktı qeydə alınıb

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 1854 nəfər müalicə olunaraq sağalıb, 722 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 325 min 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 302 min 860 nəfər müalicə olunaraq sağalıb, 4650 nəfər vəfat edib. Aktiv xəstə sayı 17897 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 311 min 267 test aparılıb. Bugünkü test sayı isə 10686-dır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.