Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanda məcburi köçkünlərə göstərilən diqqət və qayğının dünyada analoqu yoxdur

Azərbaycanda məcburi köçkünlərə göstərilən diqqət və qayğının dünyada analoqu yoxdur

Bakı, 31 may, AZƏRTAC 

Azərbaycan özünün yeni inkişaf mərhələsindədir. Bu mərhələdə həyata keçirilən islahatlar çərçivəsində qaçqınlar və məcburi köçkünlərlə iş daha da təkmilləşdirilir, onların sosial problemlərinin həlli sürətləndirilir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bununla əlaqədar qarşıya qoyulmuş mühüm və təxirəsalınmaz vəzifələrin icrası ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması
Prezident İlham Əliyevin siyasi iradəsinin ifadəsidir

- Qaçqınlar və məcburi köçkünlərlə işin təkmilləşdirilməsi, əsasən, hansı istiqamətlərdə aparılır və nəticələr necədir?

- Ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və xalqımızın bu ən ağrılı probleminin həlli üçün zəruri strategiya müəyyənləşdirilib. Sonrakı dövrdə Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və digər problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib. Məhz bunun nəticəsidir ki, indiyədək 300 minə yaxın qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Son bir ildə Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində 5 yeni yaşayış kompleksi istifadəyə verilib. Ötən il 5800-dən çox məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb ki, bu da rekord göstəricidir. Bu məcburi köçkünlər arasında Milli Qəhrəman, şəhid ailələri, müharibə veteranları və əlillər də var. Ötən bir il ərzində istifadəyə verilmiş “Qobu Park”, Ümid qəsəbəsindəki (Qaradağ rayonu) yeni yaşayış binaları, Abşeron və Sumqayıtda salınmış yaşayış komplekslərində 192 şəhid, 2 Milli Qəhrəman ailəsinə, 147 Qarabağ müharibəsi iştirakçısı və əlilinə, Aprel döyüşlərinin 4 iştirakçısına yeni mənzil verilib.

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Bakı şəhərində və regionlarda yaşayış komplekslərinin və fərdi evlərin tikintisi davam etdirilir. Bu il 6 mindən çox məcburi köçkün ailəsinə yeni mənzillərin verilməsi nəzərdə tutulub.

Qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə Birinci vitse-prezident Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir. Hələ də ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələri, Mehriban xanımın tapşırığı ilə yeni mənzillərlə birinci növbədə təmin edilirlər.

Belə bir məqamı xüsusi vurğulamaq istərdim ki, Azərbaycanda məcburi köçkünlərə göstərilən diqqət və qayğının dünyada analoqu yoxdur. Özü də bu, heç bir beynəlxalq konvensiyaya, ya da öhdəliyə əsaslanmır, sadəcə, Prezident İlham Əliyevin siyasi iradəsinin ifadəsi, dövlətimizin siyasi, sosial-iqtisadi potensialının göstəricisidir.

Azərbaycan dövlətinin məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı fəaliyyəti iki istiqamətdə qurulub. Birincisi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli tapılanadək müvəqqəti olaraq məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsidir. Qeyd etdiyim kimi bu sahədə aparılan işlər nəticəsində artıq 300 min qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülüb, 103 yeni qəsəbə salınıb. Görülən fəaliyyətin nəticəsi olaraq, 15 il ərzində məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizədək azalıb. Digər istiqamət isə dövlət qurumları və beynəlxalq təşkilatların iştirakı, onların rəy və təklifləri, beynəlxalq təcrübə nəzərə alınmaqla “Böyük Qayıdış” proqramının hazırlanmasıdır. Bu istiqamətdə atılan ilk iki addım kimi, Cocuq Mərcanlı kəndini və əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Tərtər rayonunun Şıxarx qəsəbəsini göstərmək olar. Dövlətin məqsədi odur ki, “Böyük Qayıdış” proqramı tam icra olunsun. Əminik ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu məsələ həllini tapacaq. Məcburi köçkünlər beynəlxalq hüquqda təsbit olunduğu kimi, könüllü surətdə və ləyaqətlə öz torpaqlarına qayıtmaq hüquqlarından istifadə edəcəklər.

Prezidentin apardığı islahatlar çərçivəsində qaçqınlar və məcburi köçkünlərlə işin təkmilləşdirilməsi, neqativ hallara imkan yaradan boşluqların aradan qaldırılması, xüsusən, mənzillərin verilməsində ədalətin və şəffaflığın təmin edilməsi mühüm vəzifə olaraq qarşıya qoyulub. Dövlət Komitəsinin fəaliyyəti bu və digər təxirəsalınmaz vəzifələrin tələb olunan səviyyədə yerinə yetirilməsinə səfərbər edilib.

Məcburi köçkünlərlə bağlı həyata keçirilən dövlət siyasətinin müxtəlif istiqamətlərində təkmilləşdirmələr aparılır. Bu, həm onların sosial problemlərinin daha tez və qanunauyğun formada həllinə, həm də neqativ halların aradan qaldırılmasına, sosial ədalətin təmin olunmasına xidmət edir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 2018-ci ilin ikinci yarısından aparılan islahatlar nəticəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın düzgün təmin edilməsinə nəzarət olunması, vahid aylıq müavinət alanların siyahısının dəqiqləşdirilməsi və bu sahədə şəffaflığın təmin edilməsi hesabına 2017-ci illə müqayisədə 2018-ci ildə vahid aylıq müavinət alan məcburi köçkünlərin sayı 20.488 nəfər azalıb.

Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində 2018-ci ildə həyata keçirdiyi islahatlara uyğun olaraq, Dövlət Komitəsinin tərkibində 2 yeni struktur vahidi – Təşkilat, nəzarət və analitika şöbəsi, habelə “Qaynar xətt” yaradılmaqla, eləcə də bəzi şöbələrin adlarında və funksiyalarında dəyişiklik aparılmaqla yeni struktur formalaşdırılıb. Bundan başqa, məcburi köçkünlərin yeni mənzillərə köçürülməsində şəffaflığın təmin edilməsi üçün Dövlət Komitəsində müvafiq Komissiya və işçi qrupu yaradılıb. Mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar daxil olan müraciətlər komissiyanın tərkibində fəaliyyət göstərən işçi qrupu tərəfindən yerində baxış keçirilməsi və müxtəlif dövlət orqanlarının informasiya bazasında məcburi köçkün barəsində toplanmış məlumatlarla üzləşdirilməsi yolu ilə araşdırılmaqla dəqiqləşdirilmiş nəticələr komissiyada müzakirə edilir, qərar qəbul olunur. Komissiyanın yekun rəyi Dövlət Komitəsinin sədrinə təqdim edilir və ilk növbədə, ən ağır məişət şəraitdə yaşayan köçkünlərin mərhələlərlə müvəqqəti məskunlaşma obyektlərindən köçürülməsi təmin edilir.

Elektron sənəd dövriyyəsinin təkmilləşdirilməsi, elektron imza və elektron uçot sisteminin fəaliyyətinin müasir tələblərə uyğun təmin olunması məqsədilə Komitənin strukturunda daxili yerdəyişmələr hesabına 2019-cu ilin fevralında “İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə sektor”u yaradılıb.

Komitədə vətəndaşların qəbulu prosesi təkmilləşdirilib, bütün iş günlərində onların aidiyyəti strukturların nümayəndələri tərəfindən qəbulu təşkil edilib. Hər həftənin çərşənbə axşamı Dövlət Komitəsinin sədri, başqa günlər isə komitənin digər rəhbər şəxsləri tərəfindən vətəndaşlar fərdi qaydada qəbul edilirlər. Bundan başqa, Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq komitə sədrinin və müavinlərinin, eyni zamanda, Prezident Administrasiyasının nümayəndələri ilə birlikdə sədr müavinlərinin respublikanın müxtəlif bölgələrində səyyar qəbulları keçirilir. Ötən bir il ərzində 10288 vətəndaş Dövlət Komitəsinin sədrinin qəbulunda olub. Onlardan 5758 nəfəri Dövlət Komitəsində, 1812 nəfər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, bölgələrdə, 2718 nəfər isə Bakı şəhərinin rayonlarında və ətraf ərazilərdə keçirilən səyyar görüşlər zamanı qəbul edilib.

Bütün məcburi köçkünlər mərhələli şəkildə
yeni mənzillərlə təmin olunacaqlar

- Ağır şəraitdə yaşayan məcburi köçkünlərin uzun müddət məskunlaşdığı yaşayış sahələrində təmir-bərpa işləri aparılırmı? Təhlükəsizliyin təmin edilməsi üçün hansı tədbirlər görülür?

- Bu günə qədər minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Buna baxmayaraq, hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər var. Dövlət Komitəsi tərəfindən yataqxanalara, digər inzibati binalara və obyektlərə mütəmadi olaraq baxış keçirilir, zəruri olduqda onların dam örtüyü, elektrik naqilləri, infrastrukturu, sanitar qovşağında təmir işləri aparılır.

Baş verə biləcək yanğın hallarının qarşısının alınması üçün də zəruri tədbirlər görülür. Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda yanğın hadisələrinin qarşısının alınması ilə bağlı komissiya yaradılıb. Nazirlər Kabinetində Baş nazirin müavini Əli Əhmədovun sədrliyi ilə keçirilən iclasda bu barədə qərar qəbul edilib. Dövlət Komitəsinin rəhbərliyi ilə yaradılan komissiyaya Bakı şəhərinin rayonlarının icra başçılarının müavinləri, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin məsul şəxsləri, Fövqəladə Hallar Nazirliyinin Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikintidə Qiymətqoyma Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. İşçi qrupu Bakıda yerləşən 204 yataqxanaya baxış keçirib. Onlardan 176-da elektrik təchizatı sisteminin yenidən qurulması ilə bağlı qərar qəbul edilib. Bu barədə hesabat hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.

Onu da qeyd etmək lazımdır ki, təmirin aparılması o demək deyil ki, inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülməyəcək. İctimai binalarda məskunlaşan bütün məcburi köçkünlər, birmənalı olaraq, mərhələli şəkildə yeni mənzillərlə təmin olunacaq.

Məşğulluğun artırılmasına dəstək tədbirləri davam etdiriləcək

- Məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərindən yeni mənzillərə köçürülməsi ilə yanaşı, onların maddi rifahının yaxşılaşdırılması, məşğulluğunun artırılması da dövlət siyasətinin mühüm istiqamətidir. Bu sahədə hansı tədbirlər həyata keçirilir?

- Məcburi köçkünlərin maddi rifahının yaxşılaşdırılması dövlətimizin sosial siyasətində əsas istiqamətlərdəndir. Prezidentin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” tarixi Sərəncamı bunu bir daha təsdiq edir. Sərəncama əsasən, vahid aylıq müavinətin məbləği bu il aprelin 1-dən 50 faiz artırılıb. Dövlət başçısının Sərəncamı hazırda vahid aylıq müavinət alan 500 mindən çox məcburi köçkünə şamil edilir. Bu, məcburi köçkünlərin vahid aylıq müavinətinin artırılması üçün son bir ildə verilmiş ikinci Sərəncamdır. Belə ki, Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncamla 2018-ci il martın 1-dən müavinətlər 10 faiz artmışdı. Nəticədə bir il ərzində ümumilikdə götürdükdə müavinətin məbləğində 70 faiz artım olub.

Məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ilk dəfə 2018-ci il iyunun 22-də Bakı şəhərinin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində, oktyabrın 26-da isə “Qobu Park” yaşayış kompleksində məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib. Aktiv məşğulluq tədbirlərində, ümumilikdə, məcburi köçkünlərə 994 vakant iş yeri təklif olunub. 2019-cu ilin ilk əmək yarmarkası isə mayın 7-də Abşeron rayonunda məcburi köçkünlər üçün inşa edilmiş yaşayış kompleksində keçirilib. Yarmarkada 80 müəssisədən 881 vakant iş yeri təqdim olunub. Məcburi köçkünlərin məşğulluğunun artırılmasına dəstək məqsədi ilə əmək yarmarkalarının keçirilməsi davam edəcək.

Bundan başqa, bu kateqoriyadan olan vətəndaşlarımızın məşğulluğunu artırmaq məqsədi ilə digər dövlət qurumları və özəl təşkilatlar tərəfindən həyata keçirilən layihələrə dəstək verilib.

Məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi digər dövlət qurumları tərəfindən də həyata keçirilir. 2019-cu ilin birinci rübündə Dövlət Məşğulluq Xidməti tərəfindən 1876 məcburi köçkün münasib işlə təmin edilib, 1529 məcburi köçkün “İşsizin DOSTu” proqramı çərçivəsində əmək müqaviləsi əsasında ödənişli ictimai işlərə cəlb olunub. Sosial cəhətdən həssas qruplardan biri olan məcburi köçkünlərin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarına sahib olmaları sahəsində də işlər davam etdirilir. Cari ilin yanvar-aprel aylarında bu proqrama 1610 nəfər cəlb olunub ki, onlardan 400-ə yaxını məcburi köçkündür.

2019-cu ilin əvvəlinə olan göstəricilərə əsasən, əmək qabiliyyətli məcburi köçkünlər 366,9 min nəfər təşkil edir ki, bunlardan 198 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə, 134 min nəfəri isə mövsümi işlə təmin olunub. Əmək qabiliyyətli işsiz məcburi köçkünlərin sayı, ümumilikdə 34,9 min nəfərdir.

“Qobu Park”ın salınması korporativ
sosial məsuliyyətə əsaslanır

- Məcburi köçkünlər üçün yaşayış məhəllələrinin salınmasında özəl sektorun fəaliyyəti nədən ibarətdir?

- Mehriban Əliyevanın Birinci vitse-prezident postuna təyin olunmasından sonra məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı fəaliyyət intensiv və sistemli xarakter alıb. 2017-ci il martın 9-da Birinci vitse-prezidentin ilk müşavirəsini ən ağır vəziyyətdə, qəzalı binalarda, hər an uçmaq təhlükəsi olan yaşayış sahələrində müvəqqəti məskunlaşmış məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə həsr etməsi onun bu sahəyə olan diqqətindən xəbər verir. Məhz həmin müşavirədə dövlət qurumlarına müvafiq təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlı göstəriş verilib, həmçinin özəl sektora müraciət edilib. Özəl şirkətlər də bu sahədə korporativ sosial məsuliyyəti dərk edərək dövlətin həyata keçirdiyi işlərə töhfə verilməsi haqqında qərar qəbul ediblər. Təqdirəlayiq haldır ki, buna cavab olaraq ilk dəfə ölkəmizdə salınmış ən böyük qəsəbələrdən birinin - Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksinin əsası qoyuldu və bir ildən az müddətdə 1026 mənzildən ibarət, zəruri sosial-texniki infrastrukturla təchiz olunmuş yaşayış kompleksi istifadəyə verildi. Həmin kompleksin açılışında iştirak edən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva özəl sektorun bu fəaliyyətini, sosial məsuliyyətini yüksək dəyərləndiriblər. Gələcəkdə də iş adamlarının bu sahəyə töhfə verməsi ilə bağlı müraciət edilib. Hazırda “Qobu Park-2” yaşayış kompleksində son tamamlama işləri gedir. Yaxın müddətdə 1200 ailəlik ikinci yaşayış kompleksinin istifadəyə verilməsi nəzərdə tutulur.

Bundan başqa, Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində məcburi köçkünlər üçün yaşayış binaları da özəl sektor tərəfindən inşa edilib.

- Hazırda məcburi köçkünlər üçün yeni yaşayış məhəllələri harada inşa edilir?

- Əvvəlcə qeyd edim ki, bu ilin aprelində Prezident İlham Əliyev Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün salınmış 810 mənzilli yaşayış kompleksinin açılışını edib. Buradakı binalara məcburi köçkünlərin köçürülməsi başa çatıb. Yeni mənzillərə Kürdəxanı qəsəbəsi ətrafında qəzalı və ağır, həyat üçün təhlükəli şəraitdə yaşayan ailələr köçürülüb.

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün bu il bir neçə yaşayış kompleksinin inşasına başlanması, bir neçəsinin isə istifadəyə verilməsi nəzərdə tutulub. Belə ki, Bakı şəhərinin Pirallahı rayonu ərazisində 300 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsinin inşası başa çatmaq üzrədir. Üç ədəd doqquzmərtəbəli yaşayış binası, 220 yerlik məktəb binasının texniki infrastruktur obyektləri ilə birlikdə yaxın zamanda istifadəyə verilməsi planlaşdırılır. Bir qədər əvvəl qeyd etdiyim kimi, Mehriban Əliyevanın təşəbbüsü ilə özəl sektor tərəfindən inşa edilən “Qobu Park-2” yaşayış kompleksində işlər yekunlaşıb. 1200 yerlik bu yeni qəsəbə də yaxın günlərdə istifadəyə veriləcək.

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər bölgələrdə də davam edir. Beyləqan rayonunda ağır şəraitdə yaşayan 146 məcburi köçkün ailəsi üçün sosial-texniki infrastrukturu olan fərdi yaşayış evlərindən ibarət qəsəbədə, Şirvan şəhərində yataqxanalarda məskunlaşmış 685 məcburi köçkün ailəsi üçün isə 13 ədəd doqquzmərtəbəli yaşayış binalarından ibarət məhəllədə son tamamlama işləri aparılır. Hər iki kompleksdə məktəb, bağça və digər zəruri infrastruktur obyektləri inşa edilib.

Eyni zamanda, 2019-cu ildə Kürdəmir, Ucar, Göygöl, Göyçay, Füzuli və Ağcabədi rayonları ərazisində yeni yaşayış kompleksləri tikilib istifadəyə veriləcək.

Yeni yol xəritəsi hazırlanır

- “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və ona edilmiş əlavələrdə nəzərdə tutulan tədbirlərin icrası vəziyyəti barədə məlumat verə bilərsinizmi?

- Azərbaycan Respublikası Prezidentinin 2004-cü ildə təsdiq etdiyi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda, bu proqrama 2007 və 2011-ci illərdə edilmiş əlavələrdə nəzərdə tutulan tədbirlərin icrası uğurla davam edir.

Onu da qeyd edim ki, Birinci vitse-prezident Mehriban Əliyeva bu il aprelin 26-da Nəsimi rayonunda Tibb Universitetinin 4 saylı yataqxanasında və Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində məskunlaşan məcburi köçkünlərlə görüşü zamanı yeni yol xəritəsi hazırlandığını bildirib. Bununla əlaqədar bütün ictimai binalarda, yataqxanalarda, pansionatlarda həm Dövlət Komitəsinin, həm də Heydər Əliyev Fondunun əməkdaşları araşdırma aparacaq, insanlarla görüşəcək və bütün problemləri öyrənəcəklər.

Sonda onu da qeyd etmək lazımdır ki, bütün ictimai binalarda məskunlaşmış məcburi köçkünlərin vəziyyəti ağırdır. Amma onların arasında daha ağır şəraitdə olanlar var. Ona görə də köçürülmə mərhələli və ardıcıl şəkildə, sosial ədalət və şəffaflıq prinsipləri rəhbər tutularaq həyata keçirilir.

Məcburi köçkün soydaşlarımızın diqqətinə bir daha çatdırmaq istərdim ki, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin mühüm prioritetlərindən biridir. Azərbaycan dövləti məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə edir və bundan sonra da istifadə edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Almaniyada əsgər çatışmır

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır