SİYASƏT


Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi tələbələrə bayram sovqatı paylayıb

Qahirə, 25 may, AZƏRTAC

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi Ramazan bayramı münasibətilə azərbaycanlı tələbələrə bayram sovqatı aparıb. Onların qaldıqları yataqxanada bayram süfrəsi də açılıb.

AZƏRTAC xəbər verir ki, “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov tələbələrə dövlətimizin xarici ölkələrdə təhsil alan gənclərə diqqət və qayğısından bəhs edib. O qeyd edib ki, gələcək nəslin yüksək səviyyədə təhsilini daim diqqət mərkəzində saxlayan Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva müqəddəs Ramazan bayramı münasibətilə xalqımızı təbrik edib, ən xoş arzularını bildiriblər.

S.Nəsirov əlavə edib ki, Misir-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir və Prezident Əbdülfəttah əs-Sisinin bu yaxınlarda Qoşulmama Hərəkatının Zirvə görüşündə dövlətimizin başçısına qardaş münasibətini vurğulaması bunun daha bir təzahürü oldu. Qahirə Universitetinin professoru olan diaspor rəhbəri, həmçinin Misirdə təhsil alan gənclərə tövsiyələrini verib, onlara uğurlar arzulayıb.

Azərbaycanın Misirdəki səfirliyi və “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi tərəfindən onlara göstərilən diqqət və qayğıdan məmnunluqlarını bildirən azərbaycanlı tələbələr qeyd ediblər ki, yüksək ixtisaslı mütəxəssis kimi vətənə qayıtmaq üçün təhsildə daha çox səy göstərəcəklər.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.