Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın Müstəqillik Günü münasibətilə ölkəmizin Rusiyadakı səfirliyi rəsmi qəbul təşkil edib

Moskva, 29 may, AZƏRTAC

Azərbaycanın Müstəqillik Günü münasibətilə ölkəmizin Rusiyadakı səfirliyi rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko, Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri, Rusiyanın Liberal-Demokrat Partiyasının sədri Leonid Slutski, Dövlət Dumasının deputatları, Federasiya Şurasının senatorları, Rusiya Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri, Rusiya ictimaiyyətinin, elmi dairələrinin, Azərbaycan diasporunun nümayəndələri, politoloqlar, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Türkiyənin, Moldovanın, Tacikistanın, Vyetnamın, İslandiyanın, Laos Xalq-Demokratik Respublikasının, Koreya Xalq Demokratik Respublikasının, Monteneqronun, Türkmənistanın, Beninin, Qananın, Malinin səfirləri, digər dövlətlərin yüksək vəzifəli diplomatları iştirak ediblər.

Tədbir Azərbaycan və Rusiya dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb. Giriş sözü ilə çıxış edən səfir Polad Bülbüloğlu 104 il əvvəl, 1918-ci ildə Azərbaycan Respublikasının Milli Şurasının xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək İstiqlal Bəyannaməsini imzaladığını vurğulayıb. Qısa müddətdə parlament və hökumətin yaradıldığını, bayraq, himn kimi dövlət atributlarının təsis edildiyini, dövlət quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirildiyini və respublikanın beynəlxalq hüquq sisteminin subyekti kimi tanınması istiqamətində addımlar atıldığını diqqətə çatdırıb.

Cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratik ənənələrin formalaşmasına böyük təsir göstərib. Səfir müasir Azərbaycanın reallığının, ölkəmizin müstəqilliyinin qorunub saxlanmasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.

P.Bülbüloğlu xüsusi qeyd edib ki, sonrakı dövrdə dövlətlərarası münasibətlərin daha da möhkəmlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük rolu olub. Yüksək səviyyəli daimi siyasi dialoq sayəsində ötən onilliklər ərzində Azərbaycan-Rusiya əməkdaşlığı nəzərəçarpacaq dərəcədə möhkəmlənib və genişlənib, iqtisadi və humanitar sahələrdə bir çox konkret qarşılıqlı faydalı layihələrlə zənginləşib.

Səfir xatırladıb ki, 30 il əvvəl, 1992-ci il aprelin 4-də Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulması haqqında Protokol imzalanıb, məhz bu tarixdən ölkələrimiz arasındakı münasibətlərin tarixində yeni səhifə açılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ilin fevral ayında Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümü ilə eyni vaxta düşüb. Bu sənəd Azərbaycan-Rusiya münasibətlərini keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırıb və böyük ikitərəfli hüquq bazasının kvintessensiyasıdır.

Çıxışının davamında səfir ölkələrimizin beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlığını da qeyd edib, burada bir çox məsələlərdə, o cümlədən regional təhlükəsizliyin və sabitliyin təmin edilməsində yanaşmalarımızın yaxın olduğunu söyləyib, hər iki ölkənin Cənubi Qafqazda uzunmüddətli regional təhlükəsizliyin və əməkdaşlığın təmin edilməsində maraqlı olduğunu bildirib.

Rusiya Federasiyasının 70-dən çox subyektini ehtiva edən birbaşa regionlararası əlaqələrin də dinamik inkişafına diqqət çəkən diplomat, xalqlarımızın ümumi tarixi talelərini, iki əsrdən artıq müddəti əhatə edən dialoqda davamlılığı qorumaq istəyini və özünə xas mədəniyyətlərimizin qarşılıqlı əlaqələndirilməsini əks etdirən humanitar sahədə əməkdaşlığı, həm dövlətlərimizdə, həm də onun hüdudlarından kənarda geniş şəkildə tanınan, Azərbaycan və Rusiya prezidentlərinin himayəsi altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini məmnunluqla qeyd edib.

Polad Bülbüloğlu bildirib ki, Azərbaycanın 20 faiz ərazisinin uzun müddət Ermənistan tərəfindən işğalı regional inkişafa və əməkdaşlığa əngəl törədib, normal həyata mane olan böyük gərginlik yaradıb. Məlum olduğu kimi, 2020-ci il sentyabrın 27-də növbəti hərbi təcavüzə cavab və BMT Nizamnaməsinə uyğun olaraq Azərbaycan özünün müdafiə hüququ çərçivəsində mülki əhalinin təhlükəsizliyini təmin etmək və təcavüzkarı sülhə məcbur etmək məqsədilə əks-hücum hərbi əməliyyatı başladıb. Bütün Azərbaycan xalqı, rəşadətli ordumuz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bir dəmir yumruqda birləşərək yüksək döyüş məharəti nümayiş etdirib və uzunmüddətli münaqişəyə son qoyub. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı və bu razılaşmanın davamı olaraq qəbul edilən 2021-ci il 11 yanvar və 26 noyabr tarixli bəyanatları regionda davamlı sülh və sabitliyin formalaşmasına yol açıb, eləcə də regional əməkdaşlıq üçün imkanları xeyli genişləndirib.

Ərazilərimizin işğaldan azad edilməsinin Ermənistanın işğal etdiyi torpaqlarda onilliklər ərzində həyata keçirdiyi geniş qanunsuz fəaliyyəti üzə çıxarmasına diqqət çəkən P.Bülbüloğlu bura irimiqyaslı mədən hasilatı, tarixi mədəni və dini irsin məqsədyönlü şəkildə məhv edilməsi və mənimsənilməsi, təbii sərvətlərin talan edilməsi və infrastrukturun dağıdılmasının aid olduğunu, Ağdam, Füzuli kimi iri şəhərlərin tamamilə dağıdıldığını, xeyli sayda kəndin yer üzərindən silindiyini bildirib. O xatırladıb ki, bölgədəki 67 məsciddən 62-si tamamilə dağıdılıb. İşğaldan azad edilmiş ərazilərdə dövlətimizin başçısının tapşırığı ilə bu gün görünməmiş sürətlə irimiqyaslı bərpa və quruculuq işləri aparılır. Ambisiyalı layihələr həyata keçirilir. Səkkiz ay ərzində Füzuli şəhərində Beynəlxalq Hava Limanı inşa edilib. Bir sözlə, Qarabağa normal həyat qayıdır.

Sonda Polad Bülbüloğlu bildirib ki, Azərbaycan üçün Rusiya ilə tərəfdaşlıq əlaqələri aydın, proqnozlaşdırıla bilən və məqsədyönlü strateji perspektiv daşıyır. Bunun üçün də liderlərimizin böyük potensialı və iradəsi vardır.

Daha sonra Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko çıxış edərək bildirib ki, müasir Azərbaycan dinamik inkişaf edən, siyasi və iqtisadi sahədə, regional və beynəlxalq məsələlərdə respublikanın nüfuzunun möhkəmləndirilməsində heyrətamiz uğurlar qazanmış dövlətdir.

Andrey Rudenko, həmçinin vurğulayıb ki, müdrik dövlət xadimi və siyasətçi Heydər Əliyevin xatirəsi Rusiyada dərin ehtiramla yad edilir, onun iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində xidmətləri yüksək qiymətləndirilir. Azərbaycan xalqının ümummilli liderinin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Nazir müavini diqqətə çatdırıb ki, bu il Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi geniş qeyd edilir. Andrey Rudenko Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin gələcək illər üçün ikitərəfli münasibətlərin inkişafı vektorunu müəyyən etdiyini vurğulayaraq, həmin sənədin müddəalarının həyata keçirilməsinin Rusiya-Azərbaycan tərəfdaşlığının daha da möhkəmlənməsinə hər cəhətdən töhfə verəcəyinə əminliyini ifadə edib.

O vurğulayıb ki, Rusiya və Azərbaycan xalqlarını əsrlər boyu birləşdirən, əvvəlki nəsillərdən irsən qalan dostluq və qarşılıqlı hörmətin artırılması istiqamətində iş davam etdiriləcək. Regional təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərində sıx əməkdaşlığın həyata keçirildiyi vurğulayan Rusiya rəsmisi, bunun əsasında da 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli yüksək səviyyəli bəyanatlar dayandığnı qeyd edib.

Sözügedən razılaşmaların bütün müddəalarının həyata keçirilməsi Cənubi Qafqazın sabitlik və firavanlıq zonasına çevrilməsinin təminatıdır. Nazir müavini Rusiya və Azərbaycanın birgə səyləri ilə iki ölkə arasında müttəfiqlik və mehriban qonşuluq ruhunda çoxşaxəli əlaqələrin daha da möhkəmləndiriləcəyinə, bunun iki dövlətin vətəndaşlarının mənafelərinə tam cavab verdiyinə, Cənubi Qafqazda və onun hüdudlarından kənarda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi məcrasında cərəyan etdiyinə əminliyini bildirib.

Tədbirdə Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr Komitəsinin sədri, Rusiya Liberal Demokrat Partiyasının sədri Leonid Slutski çıxış edərək qonaqları bayram münasibətilə təbrik edib. O vurğulayıb ki, Prezident İlham Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və yaradıcısı, dahi Heydər Əliyevin fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. Prezident İlham Əliyev Azərbaycan üçün gözəl nəticələr əldə edib, ölkəsini müstəqil dövlətə çevirib. Azərbaycan iqtisadiyyatı çiçəklənir, həm daxildə, həm də xaricdə möhtəşəm mədəni-humanitar layihələr həyata keçirilir. Bu kontekstdə partiya sədri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın fəaliyyətini xüsusilə qeyd edib.

Leonid Slutski bu gün Rusiyanın Azərbaycan kimi etibarlı tərəfdaşlarının az olduğunu vurğulayıb, bu tərəfdaşlığın bütün sahələrdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Tədbirin rəsmi hissəsindən sonra qonaqlar üçün Azərbaycan mətbəxinin ləziz təamlarından ibarət ziyafət təşkil olunub.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STS 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ VİDEO

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur