CƏMİYYƏT


Azərbaycanın Özbəkistandakı səfiri Türkiyəyə dəstəyini ifadə edib

Azərbaycanın Özbəkistandakı səfiri Türkiyəyə dəstəyini ifadə edib

Bakı, 8 fevral, AZƏRTAC

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev qardaş Türkiyənin Kahramanmaraş vilayətində və ətraf bölgələrdə baş vermiş zəlzələ nəticəsində böyük dağıntılara və insan itkisinə səbəb olmuş fəlakətlə əlaqədar Türkiyənin Daşkənddəki səfirliyini ziyarət edib.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, Hüseyn Quliyev Azərbaycan xalqının hər zaman qardaş Türkiyənin yanında olduğunu bildirib. Təbii fəlakət nəticəsində vəfat edənlərin xatirəsinə ehtiram olaraq səfirliyə əklil təqdim edilib, yaralılara şəfa dilənilərək fəlakətin nəticələrinin tezliklə aradan qaldırılacağına əminlik ifadə olunub.

Sonra səfir Hüseyn Quliyev xatirə kitabını imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.