İDMAN


Azərbaycanın U-21 yığmasının Antalyada təlim-məşq toplanışı olacaq

Bakı, 16 yanvar, AZƏRTAC

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının yanvarın 21-dən 24-dək Antalyada təlim-məşq toplanışı olacaq.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, baş məşqçi toplanışa ancaq Premyer Liqa və I Divizion klublarında çıxış edən futbolçuları dəvət edib.

Hazırlıq prosesində Kamran İbrahimov (“Neftçi”), Süleyman Süleymanov (“Sumqayıt”),

Murad Popov, Amin Seydiyev (hər ikisi “Qəbələ”), Ömər Buludov (“Neftçi”), Ricat Qarayev

(“Sumqayıt”), Murad Qayalı (“Keşlə”), Əsgər Hüseynov (“Neftçi”), Faiq Hacıyev (MOİK), Elvin Dəmirov (“Sumqayıt”), Anton Krivotsyük (“Neftçi”), Tural Bayramlı (“Sumqayıt”), Abbas Ağazadə (MOİK), Murad Xaçayev, Süleyman Əhmədov (hər ikisi “Sumqayıt”), İsmayıl İbrahimli (“Qarabağ”), Baxşəli Baxşaliyev (“Sumqayıt”), Əli Sadıxov (MOİK), Nicat Süleymanov (“Qarabağ”), Nurlan Quliyev, Qədir Bayramlı (hər ikisi “Keşlə”), Emil Qasımov

(“Sabah”) və Rövlan Muradov (“Qəbələ”) iştirak edəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.