SİYASƏT


Azərbaycanın Xarici İşlər naziri Tbilisidə Ulu Öndərin abidəsini və Qəhrəmanlar Memorialını ziyarət edib

Tbilisi, 24 sentyabr, AZƏRTAC

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov sentyabrın 24-də Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, nazir ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib.

Azərbaycanın Xarici İşlər nazirini ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın ölkəmizdəki səfiri Xitab Pataradze, “SOCAR Georgia” şirkətinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər müşayiət ediblər.

Xarici İşlər naziri Ceyhun Bayramov səfəri çərçivəsində, həmçinin Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib və önünə əklil qoyub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.