Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycanın analitik kimya sahəsində ilk və yeganə qadın akademiki

Bakı, 7 fevral, AZƏRTAC

Azərbaycanın tanınmış kimyaçı alimi, akademik, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi, “Şöhrət” ordenli Rəfiqə Əliyevanın ölkəmizdə təhsilin və elmin inkişafında əvəzsiz xidmətləri var. Analitik kimya sahəsində Azərbaycanda ilk və yeganə qadın akademik olan Rəfiqə Əliyeva böyük elmi nailiyyətlər əldə edib.

Rəfiqə xanım qayğıkeş müəllim və alim olaraq onu tanıyan hər bir kəsin xatirəsində yaşayır və xoş duyğularla anılır. O, kimisinə müəllim, kimisinə elmi rəhbər və qayğıkeş məsləhətçi, kimisinə dost, çətin, böhranlı anlarda təsəlli verən əvəzsiz həmkar olub.

Rəfiqə Əlirza qızı Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində, xalqımıza ulu öndər Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etmiş ailədə doğulub. 1951–1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universiteti) kimya fakültəsini bitirib. Əmək fəaliyyətinə elə həmin il Azərbaycan Politexnik İnstitutunda (İndiki Azərbaycan Texniki Universiteti) başlayıb, 1957-ci ildə Azərbaycan Dövlət Universitetində, 1958–1960-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunda kiçik elmi işçi olub. 1960–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinin aspiranturasında təhsil alan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər bu ali təhsil ocağının analitik kimya kafedrasında işləyib: assistent, baş müəllim, dosent, professor vəzifələrində çalışıb. 2001-ci ildən “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasına rəhbərlik edib.

Görkəmli alim 1970-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyası müdafiə edib və həmin ildə professor adı alıb. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. 450-dən çox elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olan Rəfiqə Əliyeva bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olub. Onun rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktoru hazırlanıb.

Bütün ömrünü kimya elminə həsr etmiş Rəfiqə Əliyeva bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasında bilik və bacarığını əsirgəməyib. Yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan alimin araşdırmalarında analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyən edilməsi əsas yer tutur. Rəfiqə xanımın ətraf mühitin mühafizəsi ilə bilavasitə bağlı bir sıra tədqiqatları, eyni zamanda, üzvi reaktivlərin köməyi ilə metalların təyini və onların ayrılması metodikasının işlənib hazırlanmasına yönəlib. Ekologiyanın aktual problemləri ilə bağlı işləri isə ölkəmizdə bu sahənin inkişafına töhfə verib.

Xatirələr dilə gəlir...

Tanınmış elm xadimləri Rəfiqə xanım Əliyevanı böyük hörmət və ehtiramla xatırlayırlar.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov deyir: “Rəfiqə xanımın yaradıcılığı olduqca geniş və çoxşaxəli idi. Onu bir kimyaçı alim kimi səciyyələndirən başlıca xüsusiyyətlərdən biri elmi axtarışlarını kimya elminin mühüm mərhələ və problemlərinə həsr etməsidir. Rəfiqə xanımın gözəl pedaqoq olması danılmaz faktdır. O, özünün zəngin alimlik təcrübəsindən çıxış edərək kimya fənninin əsaslarını universitet tələbələrinə tədris edir, yeni-yeni elmi və pedaqoji kadrların hazırlanmasında var qüvvəsini əsirgəmirdi. Onunla çiyin-çiyinə işləmiş professor və müəllimlər Rəfiqə xanımın auditoriyada mühazirə oxumaq qabiliyyətinin, tələbələrlə işləmək istedadının şahidi olublar. Müəllim yoldaşları yaxşı bilirdilər ki, Rəfiqə xanım olan yerdə bütün problemlər lazımi həllini tapır. O, kiçikdən böyüyə hamıya - tələbələrə, müəllimlərə, tədqiqatçılara xeyirxah münasibətilə fərqlənən, qəlbi məhəbbətlə dolu nadir və gözəl insan idi”.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, ömrünün böyük hissəsini Bakı Dövlət Universiteti ilə bağlayan Rəfiqə Əliyeva elmlə təhsilin vəhdətini yaradan unudulmaz şəxsiyyətlərdən biridir.

Rəfiqə xanımın tələbəsi olmuş Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov: “Rəfiqə xanımla ilk tanışlığım keçən əsrin 60-cı illərində Bakı Dövlət Universitetinin kimya fakültəsində oxuduğum dövrə təsadüf edir. İlk gündən Rəfiqə xanımda ciddilik, tələbkarlıq, mehribanlıq, qayğıkeşlik, təvazökarlıq kimi xüsusiyyətlər daha çox diqqəti çəkirdi. Mən Rəfiqə xanımdan daim diqqət və qayğı görürdüm. Maraqlıdır ki, ucqar kənddən gəlmiş 17-18 yaşlı bir gənc olaraq mən Rəfiqə xanımda müəllimlikdən başqa, həm də sanki isti qohumluq və yaxınlıq hiss edirdim”.

“Rəfiqə xanımı 1980-ci ildən tanıyırdım. Ömrünü kimya elminə həsr etmiş alim elmə böyük töhfələr verib, rəhbərliyi altında bir sıra dəyərli elmi-tədqiqatlar aparılıb. O, üçüncü kursda oxuyanda bizə laboratoriya dərslərini deyib. Tələbələrə mehriban münasibəti onu digər müəllimlərdən fərqləndirirdi. Universiteti bitirdikdən sonra tale elə gətirdi ki, Rəfiqə xanımla bir kafedrada işlədim və bu nurlu insanı daha yaxından tanıdım. O, çox xeyirxah bir insan və həm də kimsəsizlərin dayağı idi. İnanıram ki, alimin ideyaları, elmi istiqamətləri onun tələbələri tərəfindən davam etdiriləcək”, - deyə BDU-nun analitik kimya kafedrasının müdiri, professor Famil Çıraqov xatırlayır.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinin dekanı, akademik Valeri Lunin: “Akademik Rəfiqə Əliyeva kimya sahəsində elmi məktəb yaradıb, kimyaçı alimlərin yetişməsində mühüm rol oynayıb. Rəfiqə Əliyeva nəinki Azərbaycan kimya elminə, eləcə də dünya kimya elminə böyük töhfələr verib”.

Rusiya Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvü, akademik Aslan Çeladze Rəfiqə Əliyevanı sadə və təvazökar insan, böyük pedaqoq kimi xarakterizə edir. Onun çoxsaylı tələbələrinin bu gün dünyanın müxtəlif yerlərində fəaliyyət göstərdiyini və uğurlar əldə etdiklərini bildirir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova: “Rəfiqə xanım Əliyeva elmi fəaliyyətlə yanaşı, ictimai-siyasi proseslərdə də aktiv iştirak edib. O, Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Heydər Əliyevin yaxın silahdaşı olub, ona yalnız bir bacı kimi deyil, həm də siyasətçi kimi dəstək göstərib. Rəfiqə xanım müasir Azərbaycan qadın hərəkatının tanınmış simalarından biri idi. O, yorulmadan rayon və şəhərlərdə qadınlarla görüşlərdə iştirak edir, onların cəmiyyətdə fəaliyyətinin artırılması üçün əlindən gələni əsirgəmirdi. Elə buna görə də Dünya Azərbaycan Qadınları Birliyinin fəxri sədri seçilmişdi. Rəfiqə xanım Komitə ilə çox sıx əməkdaşlıq edirdi. Bütün tədbirlərimizdə çox aktiv və həvəslə iştirak edən Rəfiqə xanım hər dəfə də öz dəyərli təkliflərini, məsləhətlərini verərdi”.

Həssas həyat yoldaşı, qayğıkeş ana

Rəfiqə xanım həm də həssas həyat yoldaşı və qayğıkeş ana olub. Onu xatırlayanda Avraam Linkolnun bu sözləri yada düşür: “Məndən oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız deyərəm: Anamdır”.

Əməkdar İncəsənət Xadimi, dosent Fəxriyyə Xələfova və professor Sevinc Hacıyeva anaları Rəfiqə xanımla bağlı xatirələrini bölüşüblər.

Fəxriyyə Xələfova anasını belə xatırlayır:

- Rəfiqə xanım Əliyeva sözün əsl mənasında nəcib insan, gözəl ana və sevimli müəllim idi. O, yüzlərlə tələbəsinin qəlbində, şüurunda əbədi iz qoyan pedaqoq olub. Ömrünü və fəaliyyətini Bakı Dövlət Universiteti ilə bağlamasına baxmayaraq, Rəfiqə xanım hər zaman Azərbaycan Milli Elmlər Akademiyası ilə də sıx münasibətlərdə olub, maraqlı araşdırmalar aparıb. Akademik Rəfiqə Əliyeva həm də yüksək intellekt sahibi idi. Azərbaycan ziyalılığının mükəmməl mücəssəməsi olan Rəfiqə xanım, eyni zamanda, ölkəmizin ictimai–siyasi həyatında fəal vətəndaş mövqeyi ilə seçilirdi. O, humanist təbiəti, təmkini ilə seçilən, nurlu təbəssümü üzündən əskik olmayan bir şəxsiyyət, sözün əsl mənasında, müəllimlər müəllimi idi.

Rəfiqə xanım ana, nənə və həyat yoldaşı kimi əvəzsiz bir insan olub. Görkəmli dövlət xadimi, mərhum Rafiq Xələfovun həyat yoldaşı olaraq onun qazandığı uğurlara dərin səmimiyyətlə sevinirdi. Təbiilik Rəfiqə xanımın xarakterinə xas idi və bu da əməkdaşları ilə münasibətində dərhal özünü hiss etdirirdi. Həmişə sadə adamlarla oturub-durmağı xoşlayardı, özünü heç kimdən üstün tutmazdı. Geyimi də sadə, ancaq zərif və zövqlü olardı.

O, dissertasiya müdafiələrində özünün sərrast mühakimələri, xeyirxahlığı, obyektivliyi ilə yaddaşlarda qalıb. Rəfiqə xanım Azərbaycan kimya elmində əbədi məktəb yaradıb və 85 illik ömür yolunu ləyaqətlə başa vurub.

Sevinc Hacıyeva da anası ilə bağlı xatirələrini dilə gətirir:

- Mən, bacım və qardaşım anamızın hədsiz məhəbbəti və qayğısı ilə əhatə olunmuşduq. Amma, eyni zamanda, o, həm özünə, həm də bizə qarşı çox tələbkar idi. Həyatımızın əsas müəllimi də anamız Rəfiqə xanım olub. Bizim üçümüz də həyatdakı uğurlarımıza və cəmiyyətdə tutduğumuz mövqeyə görə valideynlərimizə borcluyuq. Ailəmizin gündəlik qayğıları anamızın üzərinə düşmüşdü və o, bu vəzifəni də çox məharətlə yerinə yetirirdi. Valideynlərimiz özlərinin şəxsi nümunələrində bizə həyatın bütün mənəvi dəyərlərini öyrədirdilər, səhvimizi ustalıqla düzəldirdilər, yaxşımızı-pisimizi də dəqiq qiymətləndirirdilər.

Bu mənada elə əsl məktəb bizim öz evimizdə olub və bu məktəbdə bizim həm məsləhətçimiz, həm də müəllimimiz anamız Rəfiqə xanım idi.

Mənim ixtisas seçimimdə anamın müstəsna rolu olub və fəxr edirəm ki, Rəfiqə xanımın yolunu davam etdirirəm. Bu çətin və keşməkeşli yolda - istər universitetdə təhsil aldığım zaman, istərsə də sonrakı elmi fəaliyyətimdə anamın dəstəyini həmişə hiss etmişəm. Bu dəstək çox dəyərli tövsiyələrdə və Rəfiqə xanımın mənə göstərdiyi istiqamətdə öz əksini tapırdı. Təsadüfi deyil ki, mən də anamın təşəbbüsü ilə yaradılan, aktual və perspektivli ekoloji kimya sahəsində fəaliyyətimi davam etdirirəm.

Anam Rəfiqə Əliyeva Azərbaycan tarixində müstəsna xidmətləri olan böyük bir nəslin parlaq nümayəndələrindən idi. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev kimi dahi insanın bacısı olmaq Rəfiqə xanım üçün həm böyük fəxr və şərəf, həm də məsuliyyət idi. Anam ömrü boyu bu yüksək adı uca tutmağa çalışırdı.

O, ən gözəl keyfiyyətləri özündə birləşdirən bir şəxsiyyət, qürurlu və məğrur, ədalətli və prinsipial, sədaqətli və dürüst, eyni zamanda, olduqca təvazökar, səmimi və mehriban bir insan idi. Bütün bu keyfiyyətlər Rəfiqə xanımın ailədə atamız Rafiq Xələfovla münasibətlərində də öz ifadəsini tapırdı. Onlar bir-birini tamamlayırdılar və bunun nəticəsində çox gözəl bir ailə nümunəsi yaranmışdı. Biz övladlar üçün belə bir ailədə böyümək və formalaşmaq ən böyük xoşbəxtlikdir...

Xatirələri dinlədikcə, bir daha əminlik yaranır ki, görkəmli alim və pedaqoq, yüksək insani keyfiyyətlərə malik şəxsiyyət, qayğıkeş valideyn olmuş Rəfiqə xanım Əliyeva övladlarının, nəvələrinin və onu tanıyanların hamısının qəlbində daim yaşayacaq.

Xatirə Cəfərova

AZƏRTAC-ın müxbiri 

“Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Kaspi” qəzetinin keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Almaniyada əsgər çatışmır

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb