SİYASƏT


Azərbaycanın diaspor nümayəndələri üçün yüksək texnologiyalar və rəqəmsal marketinq üzrə təlimləri keçiriləcək

Bakı, 28 yanvar, AZƏRTAC

2 Fevral - Gənclər Günü münasibətilə Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və "ZADE-AI&ROBOTICS"-in təşkilatçılığı ilə yüksək texnologiyalar və rəqəmsal marketinq üzrə təlimlərə start verilir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində “neyro marketing&branding” (brendləşmə), “startup management” (startapların idarə edilməsi), “python” (data növləri ilə işləmə), “machine learning” (maşın öyrənmə) və süni intellekt sahələri üzrə təlimlər keçiriləcək.

İki aylıq təlim müddətini uğurla tamamlayan iştirakçılara təşkilatçılar tərəfindən sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan diaspor nümayəndələrinin təlimlərdə iştirakı ödənişsiz təmin ediləcək.

Təlimlərin məqsədi xaricdə yaşayan azərbaycanlıların ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar prosesinə cəlb edilməsi, gənclərin müəlliflik etdiyi startap layihələrinin, onların intellektual və yaradıcı potensialının, biznes ideyalarının dəstəklənməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.