Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın elm və ictimaiyyət xadimləri İrəvandakı Təpəbaşı məhəlləsində xalqımızın tarixi-mədəni irsinə qarşı soyqırımı ilə bağlı UNESCO-ya müraciət ünvanlayıblar

Bakı, 6 iyul, AZƏRTAC

Azərbaycanın elm və ictimaiyyət xadimləri Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən Təpəbaşı məhəlləsi ərazisində Azərbaycan xalqının tarixi-mədəni irsinə qarşı həyata keçirilən soyqırımı ilə bağlı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıblar. Müraciəti 102 nəfər tanınmış elm və ictimai xadim imzalayıb.

AZƏRTAC müraciəti təqdim edir.

“Hörmətli Baş direktor.

UNESCO bütün dünyada bəşəriyyət üçün müstəsna dəyər hesab olunan mədəni və təbii irsin müəyyən edilməsini, qorunmasını və mühafizəsini təşviq etməyə çalışır. Bu, UNESCO tərəfindən qəbul edilmiş müxtəlif konvensiyalarda öz əksini tapıb. Ümumdünya irsinə aid olan obyektlər yerləşdikləri ərazidən asılı olmayaraq, bütün dünya xalqlarına məxsusdur.

Tarixi şəhərlər və bu şəhərlərin əraziləri cəmiyyətin təkamülünü və onun mədəni kimliyini təsvir edən məkan formasiyalarıdır. Onlar böyük təbii, yaxud süni mühitin bir hissəsidir və bir-birindən ayrıla bilməz. Tarixi şəhərlər onları formalaşdıran keçmişin canlı sübutudur.

Hazırda Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən maddi-mədəni irs nümunələrinin yaşı heç 200 ilə də çatmır. Bunun səbəbləri tarixşünaslıqda bəlli olsa da, dünya ictimaiyyəti bundan xəbərsizdir. Bəs nə üçün bu şəhərdə yaşı 200 ilə yaxın və daha çox olan heç bir maddi mədəniyyət nümunələri yoxdur və ya qalmayıb? Sualın cavabı çox sadədir. Bu abidələr Azərbaycan xalqına məxsus maddi-mədəni irs nümunələri olduğundan, ermənilər tərəfindən məhv edilmiş və günümüzə qədər gəlib çatmamışdır.

Bu gün Ermənistanın paytaxtı İrəvan şəhərində Azərbaycan xalqına məxsus sonuncu maddi-mədəni irs nümunələri də məhv edilmək üzrədir. Bu müraciət Sizin rəhbəri olduğunuz mötəbər təşkilatı Azərbaycan xalqının bütün dünya xalqlarına məxsus olan sonuncu maddi-mədəni irsini xilas etmək üçün səfərbər olmağa dəvət edən həyəcan siqnalıdır.

İrəvan şəhəri qala istisna olmaqla Şəhər, Dəmirbulaq və Təpəbaşı hissələrinə bölünürdü. İrəvanın bu hissələrinin hər birində şəhər yaranandan XX əsrin əvvəllərinə qədər azərbaycanlılar yaşayıblar.

Azərbaycan xalqı XIX-XX əsrlər ərzində indiki Ermənistanın ərazisində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə nəticəsində böyük milli faciə yaşayıb. Bu milli faciə mərhələli şəkildə həyata keçirilib və nəticədə indi Ermənistan adlanan dövlətin ərazisində heç bir azərbaycanlı qalmayıb. Min illər boyu öz torpağına bağlı olan azərbaycanlılar doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıb, Azərbaycan xalqına məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri dağıdılaraq viran edilib. Zaman-zaman Azərbaycan xalqına qarşı aparılan qeyri-insani siyasət Ermənistan tərəfindən Azərbaycan abidələrinə qarşı da davam etdirilib. Nəticə etibarilə, Azərbaycan xalqının İrəvan şəhərində mövcud olmuş İrəvan qalası, Xan sarayı, Abbas Mirzə məscidi, Zal xan məscidi, Dəmirbulaq məscidi, Sərtip xan məscidi, Hacı Novruzəli bəy məscidi, Hacı Cəfər məscidi, Qantar (bazarı) karvansarası, Hacı bəyim hamamı, Hacı Əli hamamı, Axund Şeyxülislam hamamı və bu kimi bir çox digər dini və tarixi abidələri məhv edilib. Hazırda İrəvanda mövcud olan iki məscidi – Hacı İmamverdi məscidi və Göy məscidi isə Ermənistan fars məscidi adlandıraraq taleyin hökmünə buraxıb. Bu gün XVII əsrə aid olan Hacı İmamverdi məscidi tamamilə yox olmaq üzrədir.

2006-cı ildə Ermənistanda təsdiq edilən İrəvan şəhərinin baş planında fars memarlığı kimi təqdim olunan azərbaycanlılara məxsus memarlıq nümunələrinin yerləşdiyi altı ərazi göstərilmişdir. 2006-cı ildə həmin ərazilərin ümumi ölçüsü 29 hektar idi. Onlardan bu gün yalnız Təpəbaşı hissəsi (16 hektar) qalmaqdadır. Cəmi 16 il ərzində Ermənistanda Azərbaycan xalqına məxsus memarlıq üslubunda tarixi şəhər sayıla biləcək 13 hektar sahə tamamilə məhv edilərək yerində müxtəlif infrastrukturlar inşa olunub.

Tarixi İrəvan şəhəri XX əsrdə ən böyük dağıntılara məruz qalan şəhərlərdən biridir. Onun XX əsrdə dağıdılması siyasi məqsədlər daşımış və müasir İrəvan şəhərinin indiki simasının qurulmasına xidmət etmişdir. Tədqiqatlar bu şəhərin dərin qatlarında hələ də Azərbaycan şəhərinə aid məlumatların qaldığını söyləməyə imkan verir. Lakin Ermənistan üzərində yaşadığı bu tarixi məkanın torpaq altında qalan mədəni irsini qəbul etmədiyi üçün dağıntıları bu qatlarda da davam etdirir. Buna sübut kimi 2003-cü ildə İrəvan şəhərinin Respublika meydanında aparılan qazıntı işlərini də göstərmək olar. Belə ki, Ermənistan rəhbərliyi qazıntı nəticəsində torpaq altında qalmış azərbaycanlı-müsəlman memarlığının nümunələri aşkar olunan zaman qəfildən abidənin üzərini yenidən torpaqla örtmək tapşırığı verib. Ermənistan hökuməti bütün beynəlxalq normaları və qanunvericiliyi pozaraq bu aktı törədib.

Hörmətli Baş direktor.

İrəvan şəhərinin tarixini bu gün özündə əks etdirən və azərbaycanlıların mədəni irsinin yeganə sübutu olaraq qalan məkan Təpəbaşı məhəlləsidir. Təpəbaşı (ermənilər Kond adlandırırlar) İrəvan şəhərinin günümüzə qədər gəlib çatmış yeganə tarixi nümunəsidir. Bu hissə öz yaddaşında İrəvanın XVII əsrdən müasir dövrümüzə qədər olan tarixi kodunu daşımaqdadır. Tarixən azərbaycanlıların yaşadığı və hazırda 16 hektara qədər kiçildilən Təpəbaşı məhəlləsi günümüzdə məhv olmaq və Yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir. Ermənistanda azərbaycanlıların yaratdıqları maddi-mədəni irs haqqında məlumatlar gizlədilir və hissə-hissə dağıdılır. Ermənistan rəhbərliyi artıq bir müddətdir ki, Təpəbaşı hissəsini tamamilə dağıdaraq yerində müasir yaşayış binaları inşa etməyi planlaşdırır. Onlar bu yolla bir zamanlar İrəvanın əsas sakinləri olan azərbaycanlıların sonuncu nişanəsini – tarixi kodunu məhv etmək istəyirlər.

Təpəbaşı Azərbaycan mədəniyyəti, o cümlədən bəşər mədəniyyəti üçün son dərəcə önəmli əhəmiyyət kəsb edir. Tarixi İrəvan şəhərinin özəyi sayılan bu hissə vahid tarixi-şəhərsalma mühitini özündə əks etdirir.

Şəhərin Təpəbaşı hissəsinə ermənilərin köçürülməsi Çar Rusiyasının 1828-ci ildən sonra qonşu dövlətlərdən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi siyasəti ilə başlayıb. Təkcə bu köçürmə nəticəsində cəmi 374 nəfər İrandan, 18 nəfər isə Türkiyədən gələn erməni İrəvan şəhərinin Təpəbaşı hissəsində azərbaycanlı ailələrin evlərinə müvəqqəti olaraq yerləşdirilib. Köçüb gələn ermənilər sonradan Təpəbaşıda yerləşən Xan bağı adı ilə tanınan yerdə onlara ayrılmış torpaq sahələrində məskunlaşdırılıblar. Göründüyü kimi, 190 il öncə baş vermiş bu ilk etnik təmas Təpəbaşı hissəsinin etnik tərkibini dəyişə bilməyib və əzəldən bəri orada yaşayan azərbaycanlılar yenə də daimi sakinlər olublar.

XIX əsrin I yarısında Təpəbaşı hissəsində yerləşən küçə və məhəllələrin adları Azərbaycan adları idi. Məsələn, Dərəkənd, Axund, Xan bağları, eləcə də Əsəd bəy, Adalyar, Təpəbaşı, İmarət və Daşlı küçələrini sadalamaq olar. Hazırda Ermənistan milli arxivində saxlanılan kameral təsvirlər həmin küçə və məhəllələrin 190 il öncə inventarlaşdırılmasını və etnik tərkibini göstərən sübutlardır. Təpəbaşı öz memarlığı və tarixi ilə Azərbaycan tarixinin bir hissəsini təşkil edirdi.

Bunu İrəvan şəhərinin sonrakı dövrlərə aid planlarında da görmək mümkündür. Belə ki, 1831-1832-ci illərə aid kameral təsvirlər göstərir ki, şəhərin Təpəbaşı hissəsindəki məhəllə və küçələr sonrakı dövrlərdə də eyni adla və eyni etnik tərkiblə qalmışdır. İstər 1880-ci illərə aid şəhər planı, istərsə də B.Mehrabovun 1906-1911-ci illərə aid İrəvan şəhərinin planı deyilənləri bir daha sübut edir. Təpəbaşı hissəsində mövcud olan küçə adları XX əsrin əvvəllərində də Azərbaycan dilində adlandırılırdı. Bütün bunları dövrün arxiv sənədləri də təsdiqləyir. XIX əsr boyunca ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsinə baxmayaraq, İrəvan şəhərinin əhalisinin etnik tərkibində yenə də azərbaycanlıların üstünlük təşkil etdiyi aydın görünür.

Vaxtilə azərbaycanlılardan ibarət olan bu məhəllənin etnik tərkibi tarixin üç mərhələsində (1918-1920-ci, 1948-1953-ci, 1988-ci il illər) süni şəkildə dəyişdirilib və bu gün ermənilərdən ibarət monoetnik məhəlləyə çevrilib. Burada yaşayan insanlar özlərini yerli irəvanlı adlandırsalar da, onların çox kiçik bir qismi daha öncədən bu ərazidə yaşadığına dair sübutlar gətirə bilir. Lakin burada yaşayanların böyük hissəsi 1920-ci illərdə hələ İrəvan adlandırılan şəhərə qonşu dövlətlərdən köçürülən ermənilərdən ibarətdir. Həm Ermənistan, həm də Azərbaycan arxivlərində bunu sübut edən minlərlə sənəd saxlanılmaqdadır.

Ermənistan dövləti Təpəbaşıda yerləşən Hacı İmamverdi (Təpəbaşı) məscidinin tarixini saxtalaşdıraraq fars məscidi kimi dövlət qeydiyyatına alsa da, abidənin qorunması ilə bağlı heç bir tədbir görülmür və onun uçulub dağılmasına şərait yaradılır.

Uzun illərdir ki, Təpəbaşı hissəsinin taleyi ilə bağlı erməni ictimaiyyəti ilə Ermənistan dövləti arasında müzakirələr getməkdədir. Lakin bütün bu müzakirələrdə Azərbaycan xalqının maddi-mədəni irsi məhvə məhkum edilir.

2022-ci il 4 fevral tarixində Azərbaycan, Fransa, Ermənistan liderlərinin və Avropa İttifaqı Şurasının rəhbərinin videoformatda görüşünün nəticəsi olaraq həm də UNESCO-nun Ermənistana və Azərbaycana missiyalarının həyata keçirilməsi planlaşdırılıb. Azərbaycan cəmiyyəti uzun zamandır bu xəbəri gözləyirdi.

Biz UNESCO-ya müraciət edərək xahiş edirik ki, səfər zamanı öz üzərinə öhdəlik götürən Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi Təpəbaşı məhəlləsi də missiyanın gedəcəyi ünvanlardan biri olsun. Ümid edirik ki, UNESCO-nun missiyasının fəaliyyətinə Ermənistanda maneə törədilməyəcəkdir.

Bu səbəbdən hələ də Azərbaycan xalqının İrəvan şəhərində tamamilə Yer üzündən silinməmiş yeganə memarlıq kompleksində Ermənistanın və Azərbaycanın səlahiyyətli idarələri ilə əməkdaşlıq edərək tarix və mədəniyyət abidələrinin hazırkı vəziyyətini qeydə almağa və gələcək monitorinqi, onun nəticələrinin dərcini təmin etməyə təcili ehtiyac var.

İnanırıq ki, Siz öz nüfuzunuz və səylərinizlə beynəlxalq konvensiyalarda müəyyən edilmiş prinsiplərə uyğun olaraq İrəvan şəhərində Azərbaycan abidələrinin bütöv və təhlükəsiz mühafizəsi, bərpası, konservasiyası və s. üzrə məsuliyyəti Ermənistanın öz üzərinə götürməsinə töhfə verəcəksiniz. Belə olduğu təqdirdə bəşəriyyətin maddi-mədəni irsinin tərkib hissəsi olan İrəvan şəhərinin tarixi Təpəbaşı məhəlləsi növbəti vandalizmdən xilas edilmiş olacaq.

Biz - aşağıda imza edənlər Sizdən xahiş edirik ki, İrəvan şəhərinin Təpəbaşı hissəsində tarixən azərbaycanlılara məxsus olmuş məhəllə sisteminin və bu məhəllələrdə mövcud olan abidələrin dağılmasının qarşısının alınmasında və onların xüsusi qorunma altına alınmasına kömək edəsiniz.

MÜRACİƏTİ İMZALAYANLAR:

1. Arif Həşimov

Texnika üzrə elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın prezidenti vəzifəsini icra edən

2. Gövhər Baxşəliyeva

Filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti

3. İsa Həbibbəyli

Filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti

4. Yaqub Mahmudov

Tarix üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü

5. Şahin Mustafayev

Tarix üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü, AMEA-nın Şərqşünaslıq İnstitutu

6. Nərgiz Axundova

Tarix üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü, AMEA-nın Tarix İnstitutu

7. Nailə Vəlixanlı

Tarix üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi

8. Anar İsgəndərov

Tarix üzrə elmlər doktoru, professor,millət vəkili

9. Əziz Ələkbərli

Filologiya üzrə fəlsəfə doktoru, dosent, millət vəkili

10. Kərim Şükürov

Tarix üzrə elmlər doktoru, professor, AMEA-nın Tarix İnstitutu, baş direktor

11. Cəbi Bəhramov

Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutu, icraçı direktor

12. İlqar Niftəliyev

Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutu, şöbə müdiri

13. Tofiq Nəcəfli

Tarix üzrə elmlər doktoru, dosent,AMEA-nın Tarix İnstitutu

14. Rəşad Mustafa

Tarix üzrə elmlər doktoru, AMEA-nın Tarix İnstitutu

15. İradə Bağırova

Tarix üzrə elmlər doktoru, AMEA-nın Tarix İnstitutu

16. Güntəkin Nəcəfli

Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutu

17. Allahverdi Əlimirzəyev

Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutu

18. İradə Məmmədova

Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutu

19. Hacı Həsənov

Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutu

20. Kamran İsmayılov

Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutu

21. Elçin Qarayev

Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutu

22. Vasif Qafarov

Tarix üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi AMEA-nın Tarix İnstitutu

23. Ramin Əlizadə

Böyük elmi işçi,AMEA-nın Tarix İnstitutu

24. Abbas Seyidov

Tarix üzrə elmlər doktoru, professor, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru

25. Musa Qasımlı

Tarix üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA-nın Qafqazşünaslıq İnstitutu, baş direktor

26. Elnur Kəlbizadə

Tarix üzrə fəlsəfə doktoru, dosent,AMEA-nın Qafqazşünaslıq İnstitutu

27. Ramilə Dadaşova

Siyasi elmlər doktoru, AMEA-nın Qafqaz Tarixi İnstitutu

28. Qasım Hacıyev

Tarix üzrə elmlər doktoru, dosent,AMEA-nın Qafqaz Tarixi İnstitutu

29. Zakir Eminov

Coğrafiya üzrə elmlər doktoru, dosent, AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, baş direktor

30. İsmayıl Kazımov

Filologiya üzrə elmlər doktoru, professor, baş elmi işçi, AMEA-nın Dilçilik İnstitutu

31. Kifayət İmamquluyeva

Filologiya üzrə fəlsəfə doktoru,AMEA Dilçilik İnstitutu, şöbə müdiri

32. Məryəm Seyidbəyli

Tarix üzrə elmlər doktoru,AMEA-nın Elm Tarixi İnstitutu

33. Zaur Əliyev

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, AMEA-nın Elm Tarixi institutu

34. Ziyad Əmrahov

Tarix üzrə fəlsəfə doktoru, dosent,AMEA-nın Elm Tarixi İnstitutu

35. Cəfər Qiyasi

Memarlıq üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü,Abidələrin Bərpası Elmi-Tədqiqat İnstitutu

36. Ərtigin Salamzadə

Sənətşünaslıq üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü,AMEA-nın Memarlıq və İncəsənət İnstitutu

37. İradə Köçərli

Sənətşünaslıq üzrə elmlər doktoru, professor, AMEA Memarlıq və İncəsənət İnstitutu, şöbə müdiri

38. Rizvan Qarabağlı

Memarlıq üzrə fəlsəfə doktoru, dosent,AMEA Memarlıq və İncəsənət İnstitutu, aparıcı elmi işçi

39. Rahibə Zeynalova

Memarlıq üzrə fəlsəfə doktoru,AMEA-nın Memarlıq və İncəsənət İnstitutu

40. Xəzər Zeynalov

AMEA-nın Memarlıq və İncəsənət İnstitutu

41. Fərhad Cabbarov

Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi

42. İbrahim Kazımbəyli

Tarix üzrə elmlər doktoru, dosent, Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr fakültəsi, dekan

43. Firdövsiyyə Əhmədova

Tarix üzrə elmlər doktoru, dosent, Dövlət İdarəçilik Akademiyası, tarix kafedrası

44. Gülçöhrə Məmmədova

Memarlıq üzrə elmlər doktoru, professor, Azərbaycan Memarlıq və İnşaat Universiteti, rektor

45. Elbay Qasımzadə

Memarlıq üzrə elmlər doktoru, professor, Azərbaycan Memarlıq və İnşaat Universiteti

46. Səbinə Hacıyeva

Memarlıq üzrə elmlər doktoru, professor, Azərbaycan Memarlıq və İnşaat Universiteti

47. Elşən Aslanov

Tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Tarix fakültəsi

48. Nazim Mustafa

Tarix üzrə fəlsəfə doktoru, Prezident kitabxanası, şöbə müdiri

49. Nazir Əhmədli

Kimya üzrə fəlsəfə doktoru, Azərbaycanda Atatürk Mərkəzi

50. Tahir Əmiraslanov

Tarix elmləri üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, “Kulina” jurnalı, baş redaktor

51. Telman Qasımov

Elmi Araşdırmalar İctimai Birliyinin sədri

52. Faiq İsmayılov

“Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri

53. Fariz Xəlili

“Miras” mədəni irsin öyrənilməsinə kömək İctimai Birliyinin sədri

54. Rauf Zeyni

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti

55. Azər Əliyev

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

56. Səməd Hətəmov

“Doğma yurda qayıdış" İctimai Birliyinin sədri

57. Bəyimxanım Verdiyeva

“Xan Şuşinski” Fondunun prezidenti

58. Günel Səfərova

Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri

59. Umud Rəhimoğlu

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti

60. Fazil Abbasov

“İslam Əməkdaşlığı Təşkilatına Üzv Dövlətlərin Jurnalistlərinin Assosiasiyası” İctimai Birliyinin sədri

61. Şəlalə Həsənova

“İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin sədri

62. İlqar Orucov

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri

63. Şəhla Nağıyeva

“Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin sədri

64. Şəmistan Əlizamanlı

“Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri

65. Nurəddin Mehdiyev

“Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin sədri

66. Bahar Qasımova

“Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədri

67. Davud Rəhimli

Əlil Təşkilatları İttifaqının prezidenti

68. Fəxrəddin Həsənzadə

“Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyinin icraçı direktoru

69. Fuad Məmmədov

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası İctimai Birliyinin sədri

70. Mehri Xanbabayeva

“Azərbaycan Tarixçiləri" İctimai Birliyinin sədri

71. Hacı Abdulla

"Zəngəzur" cəmiyyətləri İctimai Birliyinin sədri

72. Nəsiman Yaqublu

“Tarix və Mətbuat Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədri

73. Rəna Mirzəzadə

Gender və İnsan Hüququ Araşdırma Birliyinin sədri

74. Mehriban Zeynalova

“Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri

75. Novella Cəfərova

“D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti" İctimai Birliyinin sədri

76. Səadət Bənənyarlı

“Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyinin sədri

77. Səltənət Qocamanlı

“İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyinin sədri

78. Yusif Ağayev

"Dostluq" gənclərin əlaqələndirmə mərkəzi İctimai Birliyinin sədri

79. Xatirə Vəliyeva

“Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin sədri

80. Səbuhi Abdullayev

"ELM" Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri

81. Büllur Məmmədova

"Mədəniyyətin və Milli Ənənələrin Təbliği" İctimai Birliyinin sədri

82. İsrayıl İsgəndərov

"Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri

83. Zaur İbrahimli

"Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri

84. Ayşən Hüseynova

"Soyqırımı Həqiqətlərinin Tanıdılması" İctimai Birliyinin sədrinin müavini

85. Azər Allahverənov

“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri

86. Araz Şamilov

"Tariximizə Sahib Çıxaq" tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyinin sədri

87. Şamil Ələkbərli

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri

88. Əkrəm Bəydəmirli

"Sosial Rifah və Tədqiqatlar" İctimai Birliyinin sədri

89. İradə Rzazadə

"Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri

90. Təhmasib Novruzov

"Azadlıq Hərəkatçıları" İctimai Birliyinin sədri

91. Çingiz Bayramov

"Dialoq və İnkişaf Naminə" İctimai Birliyinin sədri

92. Rüfət Əsədzadə

“Azərbaycan gənc müəllimlər assosiasiyası” İctimai Birliyinin sədri

93. Şahin Qədirov

“Zirvə” mədəniyyət və incəsənət İctimai Birliyinin sədri

94. Qafar Çaxmaqlı

“Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası" İctimai Birliyinin sədri

95. Dəyanət Bayramov

"Türk Dünyası İnfo" İctimai Birliyinin sədri

96. İntiqam Yaşar

"Dünya Gənc Türk Yazarlar" İctimai Birliyinin sədri

97. Elvin Talışınski

"Elin Səsi" milli-mənəvi dəyərlərimizin qorunması İctimai Birliyinin sədri

98. Nigar Ələsgərova

"Odlar Yurdu" Gənclər İctimai Birliyinin sədri

99. Elçin Mirzəbəyli

"Bakı Natiqlik Məktəbi" İctimai Birliyinin sədri

100. Akif Nağı

"Qarabağ Azadlıq Təşkilatı" İctimai Birliyinin sədri

101. Vüqar Əhmədov

"Azərbaycan-Amerika Gəncləri" İctimai Birliyinin sədri

102. Səbuhi Hüseynov

AMEA-nın Tarix İnstitutunun baş mütəxəssisi”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STS 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ VİDEO

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur