REGİONLAR


Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır

Masallı, 7 dekabr, Bağır Əliyev, AZƏRTAC

Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər gündən-günə artmaqdadır.

AZƏRTAC xəbər verir ki, bu fikir dekabrın 7-də Masallı şəhərindəki Gənclər Mərkəzində Ümummilli Liderin xatirəsinə həsr olunmuş “Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda keçirilən konfransda səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin hələ sağlığında tarixin yaddaşında əbədiləşdiyini bildirib. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini vurğulayan C.Manafov qeyd edib ki, xalqımızın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyası dahi rəhbərin adı ilə bağlıdır.

Tədbirdə Masallı Dövlət Regional Kollecinin metodisti Baba Həsənov, kollecin müəllimi Nazim Əliyev, rayon gənclər və idman idarəsinin əməkdaşı Şaban Əliyev və başqaları çıxış edərək, Heydər Əliyevin Vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən danışıblar.

Sonda Masallı Dövlət Regional Kollecinin tələbələrinin hazırladığı “Xalq Heydər söyləyəcək” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.