İDMAN


Azərbaycanın futbol hakimləri üçün seminar keçirilib

Bakı, 25 iyun, AZƏRTAC

AFFA-nın Hakimlər Komitəsinin təlimçiləri və inkişaf qrupunda yer alan hakim və hakim köməkçiləri üçün seminar keçirilib.

AFFA-dan AZƏRTAC-a bildiriblər ki, üç gün davam edən seminara UEFA Hakimlər Komitəsinin üzvü Kiros Vassaras və AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik rəhbərlik edib.

Nəzəri və təcrübi biliklərin çatdırılması üçün müxtəlif üslublardan yararlanan seminar iştirakçılarına “Oyun Qaydaları”ndakı son dəyişikliklərlə bağlı məlumat verilib, onlar müxtəlif ölkələrin çempionat oyunlarından hazırlanmış videoları izləyib, müzakirələr aparıblar.

Seminarın sonunda fərqlənən Hakimlər Komitəsinin təlimçilərinə sertifikat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.