MƏDƏNİYYƏT
Azərbaycanın mədəni irsi Seulda beynəlxalq festivalda təqdim olunub
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycanın mədəni irsi Cənubi Koreyanın paytaxtı Seulda keçirilən "İtevon qlobal şəhərciyi" adlı beynəlxalq festivalda təqdim olunub.
AZƏRTAC xəbər verir ki, ölkəmiz üçün ayrılmış guşədə Azərbaycanın zəngin tarixini və mədəniyyətini, turizm potensialını əks etdirən əyani vəsaitlər, o cümlədən kitablar, jurnallar, milli geyimlər, suvenirlər nümayiş olunub.
Azərbaycanın təbiət gözəlliklərini, tarixi abidələrini və müasir memarlıq nümunələrini əks etdirən fotoşəkillər festival iştirakçılarında ölkəmiz haqqında müsbət təəssürat yaradıb.
Ölkəmizin Seuldakı səfirliyi tərəfindən Azərbaycanın təbliğinə və tanıdılmasına dair hazırlanmış xüsusi nəşrlər ziyarətçilərə paylanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:02]
AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib
- 26.04.2024 [17:51]
Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub
- 26.04.2024 [17:46]
Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur
- 26.04.2024 [16:45]
Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında
- 26.04.2024 [15:15]
Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək
- 26.04.2024 [15:11]