ELM VƏ TƏHSİL


Azərbaycanın orta ixtisas təhsili müəssisələrində təhsil alan əcnəbi vətəndaşların sayı açıqlanıb

Bakı, 21 sentyabr, AZƏRTAC 

Azərbaycanın dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində 2018/2019-cu tədris ilində xarici ölkələrin 65 vətəndaşı təhsil alıb. Onların 35-i MDB ölkələrinin, 30-u isə digər ölkələrin payına düşür. Əcnəbi tələbələrin sırasında Rusiya və Gürcüstan vətəndaşları üstünlük təşkil edirlər.

AZƏRTAC xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində əks olunub. Məcmuədə bildirilir ki, ölkəmizin orta ixtisas məktəblərində təhsil alan əcnəbi tələbələrin sayında artım müşahidə olunub. Belə ki, Azərbaycanın dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində 2017/2018-ci tədris ilində 55 əcnəbi tələbə təhsil alıb. Bu rəqəm 2000/2001-ci tədris ilində isə 41 nəfər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.