CƏMİYYƏT
“Azərbaycanın regionlarında oftalmoloji yardımın optimallaşdırılması” mövzusunda regional konfrans keçiriləcək
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 24-də Şəkidə Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə “Azərbaycanın regionlarında oftalmoloji yardımın optimallaşdırılması” mövzusunda IX Regional konfrans keçiriləcək.
Oftalmoloqlar cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə region həkimlərinin iştirakını təmin etmək və onların da bu yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır. Konfransda region və mərkəzin həkim heyəti iştirak edəcək və öz məruzələri ilə çıxış edəcəklər.