MƏDƏNİYYƏT


Azərbaycanın turizm potensialı Türkiyədə tanıdılıb

Bakı, 28 oktyabr, AZƏRTAC

Azərbaycan Turizm Bürosunun Antalya Turizm Sərgisində iştirakı çərçivəsində 30-a yaxın şirkətlə B2B (Biznesdən biznesə) formatlı görüşlər keçirilib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycana səyahət təşkil edən, eləcə də ölkəmizə tur təşkil etməyi planlaşdıran şirkətlərlə keçirilmiş görüşlər zamanı onlara Azərbaycanın, xüsusilə işğaldan azad olunmuş torpaqların turizm potensialı, müalicəvi turizm və ekoturizm məhsulları haqqında məlumat verilib.

Bundan əlavə, Türkiyənin bir sıra turizm reklam və media şirkətləri ilə görüşlər keçirilib, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

2019-cu ildən etibarən hər il keçirilən sərgiyə bu il 25 fərqli ölkədən 2 minə yaxın iştirakçı qatılıb.

Qeyd edək ki, 2021-ci ilin sentyabr ayında Türkiyədən Azərbaycana səfər edənlərin sayı 20186 nəfər təşkil edib ki, bu da 2020-ci ilin sentyabr ayı ilə müqayisədə 44.6 faiz artım deməkdir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.