İDMAN
Azərbaycanın voleybol hakimi Türkiyə - Rumıniya oyununa təyinat alıb

Bakı, 3 iyun, AZƏRTAC
Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyasından növbəti dəfə təyinat alıb.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, o, kişi voleybolçular arasında Qızıl Avropa Liqasında A qrupunda yer alan Türkiyə və Rumıniya yığmalarının qarşılaşmasını idarə edəcək.
Oyun iyunun 4-də Konya şəhərində keçiriləcək. Görüşdə ikinci hakim funksiyasını türkiyəli Burhan İlhan yerinə yetirəcək.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 27.09.2023 [17:47]
İdman ictimaiyyəti Zəfər parkında olub, şəhidlərin xatirəsi yad edilib
- 27.09.2023 [15:13]
Azərbaycan paracüdoçusu Bakıdakı Qran-pridə gümüş medal qazanıb
- 27.09.2023 [14:14]