Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Azərbaycanın xalça sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmasının 10 illiyi münasibətilə tədbir keçirilib

Bakı, 16 noyabr, AZƏRTAC

Noyabrın 16-da Azərbaycan Milli Xalça Muzeyində Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə tədbir keçirildi.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Vətən müharibəsində həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin direktoru Şirin Məlikova şanlı qələbəmiz münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, tədbir çərçivəsində “Azərbaycan Milli Xalça Muzeyi təcrübəsində boyanmamış yundan toxunan xalçalar” layihəsinin təqdimatı olacaq. Təqdim olunan layihə çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında qorunan beş klassik xalçanın - “Şamaxı”, “Xilə-buta”, “Xətai”, “Əjdahalı”, “Naxçıvan” xalçalarının təbii yunun öz rəngindən istifadə edərək replikaları toxunub. Xalçatoxumada bu ən erkən texnoloji üsul sayılır. Təbii boyaq maddələri ilə boyanma prosesi başlanandan sonra bu üsuldan daha az istifadə olunurdu. Müasir dövr Azərbaycan xalçaçılığında ilk dəfə tanınmış xalçaçı-rəssam Cəfər Müciri yunun öz təbii rənglərinin müxtəlif çalarlarından məharətlə istifadə edərək yaratdığı XVII əsrdə yaşayıb-yaratmış şair Saib Təbriziyə həsr etdiyi xalça hazırda Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında saxlanılır. Yunun öz təbii rəngindən istifadə edilərək toxunulan xalçalar görünüşünə və bədii xüsusiyyətlərinə görə ilk baxışdan diqqəti cəlb edir. Azərbaycanda xalçaçılıq sənətində Mazex, Qarabağ və Bozax cinsli qoyunların yunlarından istifadə edilir.

Qeyd edək ki, bu layihə Azərbaycan Milli Xalça Muzeyinin Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramının 7.1.2. (Ənənəvi çeşnilər əsasında və bölgələrin ənənələrinə uyğun naxış və rəng ahənginin seçilməsi yolu ilə xalq sənətkarlarının bədii və texniki iş üsullarının öyrənilməsi və təbliği) bəndinin icrası ilə bağlı həyata keçirdiyi tədbirlərdən biridir.

Tədbirdə mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı Qələbə münasibətilə hər kəsi təbrik edib. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarına Allahdan rəhmət diləyib.

Anar Kərimov Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə qonaqları və bu sahədə çalışanları təbrik edərək onlara yaradıcılıq uğurları arzulayıb. Diqqətə çatdırıb ki, Azərbaycanda xalçaçılığın tarixi çox qədimdir. Onun ilk nümunələrinin meydana gəldiyi dövr eramızdan xeyli əvvələ təsadüf edir. Azərbaycan mədəniyyətində xalça sadəcə bir ev bəzək elementi deyil, o həm də bir-birini əvəz edən tarixi dövr və üslubları cəmləşdirərək bədii zövqün və mentalitetin özünəməxsusluğunu əks etdirir. Bu səbəbdəndir ki, hər zaman dəyərli qonaqlara qiymətli xalçalar hədiyyə edilmişdir.

“Tarixboyu zaman-zaman işğala məruz qalan ölkəmizin əsrlərlə yaşı olan maddi-mədəni nümunələri, o cümlədən xalçalar qarət edilmiş və xarici ölkələrə aparılmışdır. Sevindirici haldır ki, bu istiqamətdə mühüm irəliləyişlər vardır. Belə ki, muzeylər tərəfindən xarici muzeylərlə əməkdaşlıq əlaqələri qurulur, birgə fəaliyyətlə bağlı memorandumlar imzalanır. Azərbaycan Milli Xalça Muzeyi də öz növbəsində bu istiqamətdə mühüm işlər görür.

Dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilən xalçaçılıq sənətinin inkişafı, beynəlxalq arenada tanıdılması, dünya şöhrətli muzeylərdə qorunan Azərbaycan xalçalarına düzgün atribusiyanın verilməsi, xarici hərrac və auksionlarda satışa çıxarılan xalçalarımızın alınaraq ölkəmizə geri qaytarılması istiqamətində xüsusilə son 10 ildə böyük işlər görülmüşdür. Belə ki, "Azərbaycanın ənənəvi xalçaçılıq sənəti" 2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2017-ci ildə 20-dən çox ölkədən mütəxəssislərin iştirakı ilə “Ənənə və innovasiyalar” mövzusuna həsr olunmuş Azərbaycan xalçası üzrə V Beynəlxalq simpozium keçirilmişdir.

Ölkə başçısı tərəfindən imzalanmış “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar çox əhəmiyyətli nailiyyətlər əldə edilib və bu sahədə işlər müvəffəqiyyətlə davam etdirilir.

Heydər Əliyev Fondu tərəfindən, xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyilə UNESCO-nun baş qərargahında və xarici ölkələrdə Azərbaycan xalça sənətinin təbliği məqsədilə çoxsaylı layihələr reallaşdırılır. Belə ki, cari il yanvarın 29-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESCO-nun baş qərargahında “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgi keçirilmişdir”,-deyə Anar Kərimova vurğulayıb.

Hazırda xalqımızın böyük qürur və iftixarla şanlı qələbə tarixini yaşadığını qeyd edən natiq Qarabağda vaxtilə mövcud olan muzeylərin və muzey filiallarının bərpasına başlanılacağını bildirib. İllərdir doğma məkanından uzaq düşən Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı da öz vətəninə qayıdacaq və 30 ilə yaxındır qəribçilik həyatı yaşayan xalçalar öz doğma yurdunda sərgilənəcəkdir.

Anar Kərimov çıxışının sonunda yaxın zamanlarda dünya hərraclarında Azərbaycana məxsus iki Qarabağ xalçasının da əldə edilərək vətənə qaytarılacağını diqqətə çatdırıb və bildirib ki, XVIII-XIX əsrə aid olan bu xalçalar Xalça Muzeyinə gətirildikdən sonra geniş ictimaiyyətə təqdim olunacaq.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov çıxış edərək deyib ki, Qarabağ özünün Quruçay mədəniyyəti ilə, Şuşa qalası və zəngin tarixi-mədəni abidələri ilə Azərbaycanın qədim tarixinin simvoludur. Qarabağ bəşəriyyətin incilərindən hesab olunan və UNESCO tərəfindən irs siyahılarına daxil edilmiş Azərbaycan muğamının, tarımızın, kamanımızın, xalça sənətimizin, çovqan oyunumuzun və bir çox digər qeyri-maddi mədəni irs nümunələrimizin əsrlərcə yaşadıldığı bir məkandır: “Bu irs nümunələrindən biri kimi Azərbaycan xalçaçılıq sənəti 10 il öncə UNESCO tərəfindən Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına daxil edilmişdir. Xoş təsadüfdür ki, xalçaçılıq sənətimizin 10 illik yubileyi həm də UNESCO-nun yaradılmasının 75 illik yubileyinə təsadüf edir. Azərbaycan 1992-ci ildən təşkilatın üzvüdür. Azərbaycan-UNESCO əməkdaşlığının əsası xalqımızın ulu öndəri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi siyasəti hazırda dövlət başçısı tərəfindən uğurla davam etdirilir. UNESCO ilə əməkdaşlığımızın genişləndirilməsində, təşkilatın ideya və məqsədlərinin beynəlxalq səviyyədə və ölkə daxilində təşviq edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Azərbaycanın mədəni irs nümunələrinin UNESCO siyahılarına daxil edilməsi Mehriban xanımın məqsədyönlü fəaliyyəti nəticəsində mümkün olmuşdur. Bu gün ölkəmizin Ümumdünya İrs Siyahısında 3, Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısında 11, Qeyri-Maddi İrsin Təcili Qorunma Siyahısında isə 2 irs nümunəmiz yer almaqdadır. Mehriban xanım Əliyeva Azərbaycan xalçaçılıq sənətinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində də böyük işlər görmüşdür”.

Elnur Sultanov diqqətə çatdırıb ki, 16 noyabr həm də BMT tərəfindən Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunmaqdadır. Azərbaycan mədəni müxtəlifliyin, multikulturalizmin və tolerantlığın təbliğinə xüsusi əhəmiyyət verir. Fəxrlə deyə bilərik ki, tolerantlıq və multikulturalizm ənənələri Azərbaycan dövlət siyasətinin bir hissəsidir və xalqımızın gündəlik həyat tərzidir. Azərbaycanda bütün etnik və dini qruplar sülh və əmin-amanlıq şəraitində yaşayırlar.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, professor Vidadi Muradov deyib ki, Ordumuzun qələbəsi ilə biz işğaldan azad olunan torpaqlarımızla yanaşı, Qarabağın maddi-mənəvi mədəniyyətinə, tarixi abidələrinə qayıdırıq. Qarabağ xalçasının yarandığı, inkişaf etdiyi ərazilərə qayıdırıq. Bu illər ərzində Qarabağın xalçası çox sınaqlardan üzüağ çıxdı. Qarabağın qədim xalçalarının xalqımıza məxsusluğu uğrunda mübarizəmiz bir gün belə səngimədi.

Vidadi Muradov deyib: “Hazırda bütün ölkəmiz, əlaqədar qurumlar, vətəndaşlarımız dövlətimizin Qarabağa dair bərpa-inkişaf proqramını səbirsizliklə gözləyir. Əminik ki, bu proqram xalqımızın illərlə Qarabağa dair ürəyində olan arzularını əks etdirəcək. Azərbaycan xalçaçılarının da işğaldan azad edilmiş ərazilərimizin bərpasında böyük xidmətləri olacaqdır”.

2016-cı ildə yaradılmış “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti haqqında məlumat verən İdarə Heyətinin sədri bildirib ki, hazırda respublikamızın 20 rayonunda 21 xalça emalatxanası, 5 regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi fəaliyyət göstərir. Azərbaycan xalçalarının Bakı-Abşeron, Qarabağ, Naxçıvan, İrəvan, Qazax-Borçalı, Gəncə, Quba, Şirvan, Təbriz kimi 9 qrupunun çeşniləri üzrə müxtəlif ölçülü xalçalar toxundu, yerli və xarici bazarlara çıxarıldı.

“Bu gün Qarabağda yazılan yeni tarixin hər səhifəsinə Azərbaycan xalçası və xalçaçısı da daxil olmalıdır. Bunun üçün bizim kifayət qədər gücümüz, istedadımız var”,-deyə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vurğulayıb.

Sonunda qonaqlar “Azərbaycan Milli Xalça Muzeyi təcrübəsində boyanmamış yundan toxunan xalçalar” adlı sərgi ilə tanış olublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində VİDEO

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır

İsmail Serageldin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Dövlət Komitəsi daha bir beynəlxalq mükafata layiq görülüb VİDEO

İsmail Serageldinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı konsert təqdim olunub

Nərimanov rayonunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər

Talassemiya daşıyıcı olan ana öz övladını südlə qidalandıra bilər

Azərbaycanda yaradılan investisiya mühiti Slovakiya şirkətlərinin ölkəmizdə fəaliyyətini stimullaşdırır - ŞƏRH

Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Ümummilli Liderin respublikaya rəhbərliyi dövründə ekoloji problemlər həmişə diqqət mərkəzində olub

BMT II Dünya müharibəsində həlak olanların xatirəsinin anılması və barışıq günləri keçirir

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Bu ilin ilk rübündə İstanbulda terror təşkilatlarına qarşı 576 əməliyyat keçirilib, 300 nəfər həbs olunub

Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub VİDEO

“TikTok” ABŞ hökumətini məhkəməyə verib

İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək

Bolqarıstan Prezidenti Rumen Radev Bakıda şəhidlərin xatirəsini anıb

Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırılıb

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

Sahib Məmmədov: Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb

Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanda hidrometeoroloji xəbərdarlıqlar əhaliyə rəng şkalası ilə təqdim olunacaq VİDEO

Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb

Monitorinq stansiyaları olmayan ərazilərdə hava keyfiyyətinin qiymətləndirilməsində Səyyar Laboratoriyadan istifadə edilir

Tallində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Bolqarıstan şirkəti Azərbaycanda mühərrik və sənaye yağlarının təkrar emalını həyata keçirəcək

Tələbələr arasında bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

Duzdan çox istifadə mədə xərçəngi riskini 40 faiz artırır-Tədqiqat