ELM VƏ TƏHSİL


Azərbaycanlı alimin ən yüksək impakt faktorlu jurnalda dərc edilən məqaləsində elm aləminə yenilik təqdim olunur

Bakı, 23 aprel, AZƏRTAC 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) inşaat mexanikası kafedrasının professoru Sabir Quliyevin məqaləsi “Web of Science” bazasının ən yüksək impakt faktorlu (İF 1.128) jurnallarından birində dərc edilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, “Springer” beynəlxalq nəşriyyatı tərəfindən yüksək impakt faktorlu jurnalda dərc edilən məqalədə elm aləminə yenilik təqdim olunur.

“Çoxbucaqlı lövhənin məxsusi rəqs tezliyinin tapılmasının bir üsulu” adlı məqalədə baxılan məsələ sahəsində indiyə kimi mövcud olan həllər məşhur dünya alimləri Ritss, Qalyorkin, Reley, Leybenzon, Timoşenko və onların davamçılarının adları ilə bağlıdır. Professor S.Quliyev təklif etdiyi həll nəticəsində çoxbucaqlı - çoxrabitəli lövhələrin rəqs tezliyi asanlıqla tapılır. Belə ki, indiyə qədər əsrlər boyu mövcud olan həllərdəki Bassel tənliklərinin həllinə, maksimum kinetik və potensial enerjilərin tapılmasına ehtiyac qalmır. Bu cür yanaşma elm aləmində ilk dəfə təklif olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.