ELM VƏ TƏHSİL


Azərbaycanlı alimin məqaləsi beynəlxalq nəşrdə dərc edilib

Bakı, 3 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin Ümumdünya Fenomenologiya İnstitutunun "Springer" nəşriyyatında çıxan “Analecta Husserliana” çoxcildliyində “Mən: ilahi nurlanma və sosial reallığın kəsişmə nöqtəsi olaraq” sərlövhəli məqaləsi dərc edilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, azərbaycanlı alim məqaləsində “mən” fenomenini insan varlığının sabit nüvəsi adlandırır, onu ilahi nurlanma və sosial reallıq kimi iki aspektdən araşdırır. Məqalədə “mən” daxili və xarici təsirlərin kəsişmə nöqtəsində götürülməklə yanaşı, həm də ideyalar aləminə və həqiqətin ilahi mənbəyinə açılan bir qapı kimi təhlil edilir.

Dünya Fenomenologiya İnstitutunun yaradıcısı, amerikalı filosof Anna-Teresa Tymienieçkanın xatirəsinə həsr olunan kitabda fenomenologiya üzrə tanınmış mütəxəssislərin müasir ekoloji düşüncənin öyrənilməsinə dair aktual əsərləri toplanıb. Bundan əlavə, burada fenomenoloji antropologiya, təbiətə insani münasibətin ekoloji perspektivləri, canlı və virtual bədənin fenomenologiyası kimi məsələlər də araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.