MƏDƏNİYYƏT


Azərbaycanlı alımin özbək dilinə tərcümə olunmuş “Türk xalqları ədəbiyyatı” kitabının təqdimatı olub

Bakı, 7 oktyabr, AZƏRTAC

Bakı Ekspo Mərkəzində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, türk dünyası ədəbiyyatı üzrə araşdırmaçı professor Elman Quliyevin özbək dilinə tərcümə edilmiş “Türk xalqları ədəbiyyatı” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan klassik ədəbiyyatının özbək dilinə tərcüməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, əsərlərin özbək dilinə çevrilməsi bu kitabları qardaş Özbəkistan oxucularına, tədqiqatçılarına öz ana dillərində oxumaq imkanı qazandırır.

Samir Abbasov son illərdə bu istiqamətdə xeyli işin görüldüyünü və Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 100-dən çox nəşrin özbək dilində işıq üzü gördüyünü vurğulayıb. O, professor Elman Quliyevin özbək dilinə tərcümə edilmiş “Türk xalqları ədəbiyyatı” adlı tədqiqat əsərinin əhəmiyyətindən danışaraq, nəşrin özbək tədqiqatçılar, habelə qardaş ölkədə fəaliyyət göstərən universitetlərin müvafiq fakültələrində əlavə dərs vəsaiti kimi faydalı olacağını vurğulayıb.

Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Özbəkistanın Termiz Dövlət Universitetinin prorektoru alim Obijon Shofiyev, özbək şairə, “Kitob dunyosi” qəzetinin baş redaktoru Xosiyət Rüstəm nəşrin türkdilli ölkələrdə yayılmasının, tədqiqat üçün maraqlı mənbə olduğunu qeyd ediblər.

Professorlar Yaqub Babayev, Seyfəddin Rzasoy, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, yazıçı-publisist Nurəddin Ədiloğlu kitabın özbək dilində nəşr edilməsini böyük hadisə hesab ediblər.

Qeyd edilib ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında nəşr olunan kitab bu ölkənin Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin qərarı ilə əlavə dərs vəsaiti kimi tövsiyə edilib.

Sonda müəllif Elman Quliyev çıxış edərək kitabın türk xalqları ədəbiyyatının problemlərinin öyrənilməsində əhəmiyyətindən danışaraq bu nəşrin Azərbaycan-özbək elmi-mədəni əlaqələrinin inkişafında yeni mərhələ hesab edib. Müəllif əsərin nəşr edilməsində xüsusi əməyi keçən Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinə öz minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.