ELM VƏ TƏHSİL


Azərbaycanlı alimlərin məruzəsi beynəlxalq konfransın məcmuəsində dərc edilib

Bakı, 30 aprel, AZƏRTAC

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor Sakit Hüseynov və Elm Tarixi İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski birgə hazırladıqları məruzə ilə “Müstəqil Qazaxıstanın transformasiya prosesində aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxış ediblər.

Fəlsəfə və Sosiologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, çıxış zamanı Azərbaycanla Qazaxıstan arasındakı əlaqələrə xüsusi diqqət ayrılıb. Tarixi, geosiyasi, iqtisadi, elmi və oxşar maraqların kəsişdiyi Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və strateji müttəfiqlik bazasında daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Bir sıra ölkələrdən olan alimlərin iştirak etdiyi konfransda məruzəçilər Azərbaycanın haqq mübarizəsində qalib gəlməsi ilə bütün regionun təhlükəsizliyinin sabitliyinə yeni qədəm qoymasını, postkonflikt dövründə regiona bir çox Avropa və Şərq dövlətləri tərəfindən də marağın artdığını qeyd ediblər.

Azərbaycanlı alimlərin birgə hazırladıqları “Müasir beynəlxalq münasibətlərdə davamlı inkişafın perspektivləri” adlı məruzə Qazaxıstanda keçirilən beynəlxalq elmi-praktik konfransın məqalələr məcmuəsində dərc olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.