MƏDƏNİYYƏT
Azərbaycanlı rəssamın Romada sərgisi açılacaq
Bakı, 23 yanvar, AZƏRTAC
Fevralın 9-da Roma Müasir İncəsənət Muzeyində azərbaycanlı rəssam Faiq Əhmədin “Dərk etmə nöqtələri” adlı fərdi sərgisi açılacaq.
AZƏRTAC buro247.az saytına istinadla xəbər verir ki, sərgidə sənətkarın müxtəlif mövzulu sənət əsərləri sərgilənəcək. Faiq Əhməd Azərbaycan xalçalarının zəngin naxışlarını və dizaynlarını öyrənir, milli mədəniyyətə və rəssamlıq ənənələrinə əsaslanaraq, nadir və müasir məhsullar yaradır. Bundan istifadə edərək Faiq Əhməd xalçaların məşhur dizaynını müasir əsərlərə çevirir.
Qeyd edək ki, gənc rəssam Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu, 52-ci Venesiya Biennalesinin, Paris, London, Berlin, Moskva, Dubayda keçirilən beynəlxalq sərgi və festivalların iştirakçısıdır. Faiq Əhmədin işləri incəsənət tənqidçilərinin rəğbətini qazanıb, onun xalçalarından biri bu yaxınlarda Londonda “Sotheby's” hərracına çıxarılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]