MƏDƏNİYYƏT


Azərbaycanlı rəssamın əsəri beynəlxalq sərgidə böyük maraq doğurub

Roma, 24 oktyabr, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İtaliyada yaşayan azərbaycanlı rəssam Elay Məmmədov ölkəmizi Florensiyada keçirilən XIII beynəlxalq rəsm sərgisində təmsil edib.

AZƏRTAC xəbər verir ki, məşhur “Fortezza Da Basso” qalereyasında təşkil edilən sərginin açılış mərasimdə Florensiyanın rəsmi şəxsləri və tanınmış incəsənət nümayəndələri iştirak ediblər. Sərgidə 40-dan artıq ölkədən 460 rəssamın 1000-ə yaxın əsəri təqdim olunub. Onların arasında Elay Məmmədovun gizli üslubda yağlı boya ilə çəkdiyi "Domesticated Red" əsəri nümayiş edilib. Fəlsəfi təxəyyülün məhsulu olan əsər sərgi ziyarətçilərində böyük maraq doğurub.

Sərgi oktyabrın 31-dək davam edəcək. Soydaşımıza media dəstəyini Neapol-Bakı Assosiasiyası göstərib.

Qeyd edək ki, Milan Rəssamlıq Akademiyasının ilk azərbaycanlı məzunu olan Elay Məmmədovun digər əsəri oktyabrın 28-dən Torino beynəlxalq sərgisində nümayiş olunacaq.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.