İQTİSADİYYAT


“Azəri-Çıraq-Günəşli” üzrə fəaliyyətlərə 418 milyon dollardan çox əməliyyat məsrəfləri xərclənib

Bakı, 5 noyabr, AZƏRTAC

2019-cu ilin birinci üç rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə fəaliyyətlərə 418 milyon dollardan artıq əməliyyat məsrəfləri və 1034 milyon dollara yaxın əsaslı məsrəflər xərclənib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “BP-Azerbaijan” şirkətinin hesabatında əksini tapıb.

2019-cu ilin aprel ayında AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan “Azəri Mərkəzi Şərqi” (AMŞ) layihəsinə sanksiya verilib. Altı milyard dollar dəyərində olan bu işlənmə layihəsinə yeni dəniz platforması və qurğularının inşası daxildir. Platforma gündəlik 100 min barrelədək neft hasil etmək gücündə layihələndirilib və istismar müddəti ərzində onun 300 milyon barrelə qədər əlavə neft hasil edəcəyi gözlənilir. Layihə çərçivəsində ilk hasilatın 2023-cü ildə əldə ediləcəyi planlaşdırılır.

Bu layihə üzrə əsas tikinti-quraşdırma, dəniz və sualtı işlər üzrə müqavilələr bağlanıb. Tikinti işləri iyul ayında başlanıb və ilin üçüncü rübü ərzində genişlənməyə davam edib.

AÇG-də iştirak payları: BP (30,37 faiz), SOCAR (25,0 faiz), “Şevron” (9,57 faiz), INPEKS (9,31 faiz), “Ekvinor” (7,27 faiz), “EksonMobil” (6,79 faiz), TPAO (5,73 faiz), ITOÇU (3,65 faiz), “ONGC Videş Limited” (OVL) (2,31 faiz).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.