CƏMİYYƏT


“Azəriqaz” İB: Güclü küləyin təsirindən baş verən qəzaların nəticələri operativ şəkildə aradan qaldırılır

Bakı, 22 sentyabr, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyi gecə saatlarında əsən güclü külək nəticəsində baş verən qəzalarla bağlı məlumat yayıb.

Birliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, gecə saatlarında əsən güclü külək nəticəsində baş verən bütün qəzalar barədə 104 və 185 saylı qaynar xəttinə daxil olan zənglər operativ şəkildə araşdırılır.

Əlaqədar departament, şöbə və idarələrə ötürülən məlumatlarla əlaqədar qəzaların nəticələrinin dərhal aradan qaldırılmasına, baş verən qaz sızmalarının ləğvinə başlanılıb. Belə qəzalardan biri də Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb. Belə ki, 9 saylı ikimərtəbəli yaşayış evinin həyətindəki ağac aşıb. Diametri 108 millimetr olan aşağı təzyiqli qaz xətti zədələnib və 120 abonent qazsız qalıb.

Bundan başqa, gecə 03:30 radələrində “Mercedes” markalı avtomobil Saatlı rayonu M.F.Axundov küçəsindən keçən diametri 159 millimetr olan daşıyıcı qaz kəmərini zədələyib və kəmər bir yerdən qırılıb. Nəticədə Saatlı rayonunun H.Əliyev prospektinin bir hissəsi, E.Hüseynov və Cavanşir küçələrində 300 abonentin qaz təchizatı dayandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.