İQTİSADİYYAT
“Azəriqaz”: Ötən ay abonentlərin 98 faizi 1200 kubmetrlik limit həcmini keçməyib
Bakı, 12 fevral, AZƏRTAC
Ötən ay abonentlərin 98 faizi 1200 kubmetrlik limit həcmini keçməyib.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.
Onun sözlərinə görə, ötən ay qaz istifadəsi ilə bağlı limiti keçən abonentlərin sayı 50 min 628 abonent olub ki, bu da birliyin ümumi abonentlərinin sayının 2,1 faizini təşkil edib. Baş direktor, həmçinin ötən ay ölkə üzrə 32 kənddə qazpaylayıcı xətlərin çəkilməsinə başlanıldığını da qeyd edib. Bildirilib ki, çəkilən qaz xətlərinin ümumi uzunluğu 13,7 kilometr təşkil edib və bunun da 1 kilometri Bakı şəhərində həyata keçirilib. Digər 12,7 kilometr qaz xətləri regionlarda çəkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]