İQTİSADİYYAT
“Azəriqaz”: Yeddi ayda 3527 müraciət daxil olub
Bakı, 22 avqust, AZƏRTAC
“Azəriqaz” İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayevin verdiyi məlumata əsasən, cari ilin yeddi ayında 3527 müraciət daxil olub.
İB-dən AZƏRTAC-a bildirilib ki, bunlardan 1181-i elektron müraciət formasında, digərləri isə yazılı formada qeydə alınıb.
“Ötən ilin müvafiq dövrü ilə müqayisədə 1206 müraciət az daxil olub. Bu isə daha yaxşı işin nəticəsidir”,- deyə şöbə rəisi vurğulayıb.
Daxil olan müraciətlər əsasən abonent məlumatları, qaz xətləri və yaxud sayğacın yerinin dəyişdirilməsi, kənd və qəsəbələrin qazlaşdırılması və sair mövzuları əhatə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:02]
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
- 07.05.2024 [19:40]
® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır
- 07.05.2024 [19:33]
® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub
- 07.05.2024 [16:23]