CƏMİYYƏT


“Azəriqaz”ın şöbə rəisi Xırdalanda baş verən partlayış haqqında məlumat verib

Bakı, 5 avqust, AZƏRTAC

“Azəriqaz” İB-nin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov Xırdalanda baş verən partlayış haqqında məlumat verib.

AZƏRTAC xəbər verir ki, aidiyyəti dövlət orqanları ilə birlikdə “Azəriqaz”ın texniki heyətinin mənzil daxilinə baxışı keçirilib. Baxış müvafiq aktla rəsmiləşdirilib.

İlkin Behbudovun sözlərinə görə, mənzildə 2 qaz cihazı olub. Qaz xəttinin sonuna yaxın qoyulan qaz kranının vintili açıq vəziyyətdə qalıb. İlkin ehtimala görə, mənzildə təmir işləri aparılan zaman qazdan istifadə edilib və qazı bağlamaq unudulub. İzahat alınandan sonra daha dəqiq məlumat veriləcək.

Şöbə rəisi bildirib ki, qaydalara görə, uzun müddət yaşayışı olmayan, həmçinin təmir işləri aparan mənzil sahibləri qaz idarəsinə müraciət etməli və həmin mənzilin qaz təchizatı dayandırılmalıdır. Təmir işləri bitdikdən sonra mənzilə baxış keçirilir, qaz sızmasının olub-olmaması və sair qiymətləndirildikdən sonra mənzil qaz ilə təmin olunur. Bu kimi hallardan nəticə çıxararaq belə hadisələrin bir daha təkrarlanmaması üçün məsuliyyətə uyğun hərəkət ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.