“Azərmarka” “Qoruqlar–2018. Qarayazı dövlət təbiət qoruğu” adlı poçt vərəqini tədavülə buraxıb
AzerTAg.az
Bakı, 11 fevral, AZƏRTAC
“Azərmarka” MMC Regional Rabitə Birliyi ölkələrinin birgə buraxılışı “Qoruqlar – 2018. Qarayazı dövlət təbiət qoruğu” adlı poçt vərəqini tədavülə buraxıb.
MMC-dən AZƏRTAC-a bildirilib ki, orijinal poçt vərəqi 6 markadan ibarətdir. Kiçik vərəqin ölçüsü 151x144 millimetr, markanın ölçüsü isə 37x52 millimetrdir. Vərəqə daxil olan markaların qiyməti belədir: Texas ağacdələni - 0.2 AZN, qaratoyuq - 0.3 AZN, Hildebrandt sığırçını - 0.6 AZN, adi sığırçın - 0.2 AZN, qırqovul - 0.3 AZN, şanapipik - 0.6 AZN.
Vərəqlərin ümumi tiraji 10 min nüsxə təşkil edir. Həmçinin 200 ədəd “Birinci gün” zərfləri də hazırlanıb. Poçt buraxılışı “Bobruysk Integrated Printing House” çap evində işiq üzü görüb.


Xəbərin mətnində orfoqrafik səhv var