İDMAN


“Azərreyl” komandası Azərbaycan Yüksək Liqasında ilk qələbəsini qazanıb

Bakı, 22 yanvar, AZƏRTAC

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, birinci dövrənin yanvarın 22-də oynanılan növbəti matçında “Azərreyl” və “Express” komandaları üz-üzə gəliblər.

Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qarşılaşmada “Azərreyl” komandası 3:0 hesabı ilə qalib gəlib. Bu, “Azərreyl”in cari mövsümdə ilk qələbəsidir.

Qeyd edək ki, hesabında 6 xal olan “Neftçi” turnir cədvəlində birinci pillədə yer alıb. MOİK 4 xalla ikinci, “Azərreyl” isə 3 xalla üçüncüdür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.