REGİONLAR


“Azərtütün ASK” MMC-nin emal məntəqələri bu günədək istehsalçılardan 6,4 min tondan çox yaş tütün qəbul edib

Zaqatala, 10 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Respublikamızın şimal-qərb bölgəsi rayonlarında “Azərtütün ASK” MMC-yə məxsus tütün sahələrində yaş tütün yarpağının dərimi davam edir. Bu günədək cəmiyyətin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 6 min 447,5 ton yaşıl tütün kütləsi daxil olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Azərtütün ASK” MMC-nin şöbə müdiri Mütəllib Mustafayev məlumat verib.

Şöbə müdirinin sözlərinə görə, tütün istehsalı və emalı məntəqələri indiyədək Şəki rayonu üzrə istehsalçılardan 2408 ton 910 kiloqram, Balakən rayonu üzrə 1492 ton 390 kiloqram, Zaqatala rayonu üzrə 1418 ton 25 kiloqram, Qax rayonu üzrə isə 1128 ton 175 kiloqram yaşıl tütün kütləsi qəbul edib. Hazırda bu rayonlardakı emal məntəqələrində 224 kameraya qurudulmaq üçün yaş tütün qoyulub. Eyni zamanda, bu günədək emal məntəqələrində 687 ton 243 kiloqram quru tütün istehsal olunaraq anbarlara yığılıb.

Mütəllib Mustafayev qeyd edib ki, indiyədək emal məntəqəsinə Balakəndən olan fermer Ruslan Məmmədov bölgə üzrə hamıdan çox yaşıl tütün kütləsi təhvil verib - 158,5 ton. Şəkidən Oruc Əhmədov bu günədək məntəqəyə 115,1 ton, Qax rayonundan Oruc Mahmudov 92,7 ton, Zaqataladan Yunus Mustafayev isə 87,3 ton yaş tütün gətirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.