İQTİSADİYYAT


BADAMLI ZAVODU YENİDƏN İŞƏ DÜŞDÜ

Badamlı mineral sular zavodu müəyyən fasilədən sonra yenidən işə düşmüşdür. Müəssisənin direktoru Elşad Məmmədov AZƏRTAC-ın müxbirinə demişdir:

- Müxtəlif ölçülü şüşə və plastik kütlədən hazırlanmış qablarda təbii mineral Badamlı süfrə suyu istehsalına başlamışıq. Aprelin birinci ongünlüyündə 150 min şərti şüşə su istehsal edərək sifarişçilərə göndərmişik. Almaniyadan aldığımız müasir axın xəttini də tezliklə işə salacağıq. Həmin xətdə saatda 20 min şərti şüşə mineral su istehsal etmək mümkündür. Özbəkistan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirliklərindən, habelə Moskva və Volqoqrad şəhərlərindən sifarişlər almışıq. İl ərzində 2 milyon şərti şüşə “Badamlı” istehsal etmək nəzərdə tutulur. Qarşıdakı yay mövsümündə işçilərin sayını 100-ə çatdırmağı və onların əmək haqlarını 1,5 dəfə artırmağı nəzərdə tutmuşuq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.