İDMAN


BAKIDA BƏDİİ GİMNASTİKA ÜZRƏ DÜNYA KUBOKUNUN MƏRHƏLƏ YARIŞLARI BAŞLANMIŞDIR

Aprelin 23-də Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində bədii gimnastika üzrə Dünya kubokunun mərhələ yarışları başlanmışdır. Yarışlarda 23 ölkədən – Azərbaycan, Rusiya, Almaniya, Türkiyə, Belarus, Bolqarıstan, İspaniya, Gürcüstan, İtaliya, Çexiya, Estoniya, Finlandiya, İsrail, Polşa, Özbəkistan, Macarıstan, Cənubi Afrika Respublikası, Qazaxıstan, Yunanıstan, Yaponiya, Hindistan, Portuqaliya və İsveçdən 50-dək idmançı mübarizə aparır. Yarışa 30 hakim, o cümlədən Beynəlxalq Gimnastika Federasiyasının ekspertləri hakimlik edirlər.

Səhər müsabiqədənkənar iştirak edən idmançı qızlar yarışmışlar. Onlar həlqə və topla təmrinlərdə öz ustalığını göstərmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.