BAKIDA XÜSUSİ İTLƏR HAZIRLANACAQDIR
Azərbaycanda ilk dəfə olaraq, müasir tələblərə cavab verən kinoloji mərkəz fəaliyyətə başlamışdır. Mərkəzdə narkotik vasitələrin, silah-sursatın, təbii fəlakətlər zamanı xəsarət almış insanların axtarılması və digər mühüm işlər üçün xüsusi itlər hazırlanacaqdır.
Bakının Maştağa qəsəbəsində yerləşən və Ümumdünya Gömrük Təşkilatının ÜGT və Azərbaycan Dövlət Gömrük Komitəsinin birgə yaratdığı mərkəzin açılış mərasimində komitənin sədri Kəmaləddin Heydərov, ÜGT-nin baş katibi Mişel Dane, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Marko Borsotti və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev iştirak etmişlər. Bildirilmişdir ki, 100 itin hazırlanması üçün nəzərdə tutulan kinoloji mərkəzdə hazırda 33 it saxlanılır.