İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə fevralın 9-da USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,8699 AZN olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8699 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə əqd bağlanmamışdır. Sessiyanın yekunlarına görə manatın məzənnəsi dəyişməmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 2 174 750 AZN həcmində əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,8699 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 2 500 000 dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 2 174 750 AZN-ə bərabərdir. Bir əqdə orta hesabla 416 667 dollar düşmüşdür.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar RUB/AZN və AVR/AZN T+1 alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə illik manatla 14,51 faiz, ABŞ dolları üzrə isə 14,47 faiz təşkil etmişdir.
Fevralın 9-da birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.