ELM VƏ TƏHSİL
BANM-in tələbəsi BP-nin müsabiqəsinin qalibi olub
Bakı, 6 sentyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) proseslərin avtomatlaşdırılması mühəndisliyi fakültəsinin tələbəsi Elşən Mikayılov BP şirkəti tərəfindən yay təcrübəçiləri üçün təşkil olunan “Techno Fest 2016” layihə təqdimatı yarışmasında 29 təcrübəçi arasından seçilərək birinci yeri tutub.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, E.Mikayılov özünün “Bridge Racking Crane Grip Guide İnterlock” proqram təminatı yenilənməsi layihəsini yarışda uğurla təqdim edərək birinci yerə layiq görülüb.
Qeyd edək ki, BP-nin hər il həyata keçirdiyi “Texno Fest” müsabiqəsi qlobal müsabiqədir və texniki sahədə innovasiyalara yönəlmiş ideyaların dəstəklənməsinə xidmət edir. “Texno Fest” yarışması BP-də çalışmaq istəyənlər, şirkətdə yay təcrübəsi keçənlər və tələbələr üçün hər il təşkil olunur. Müsabiqədə gənc mühəndislər layihələrini təqdim etmək, təcrübə və nəticələri bölüşmək imkanı qazanırlar.